Baş Prokurorluqda vətəndaş qəbulu onlayn rejimdə həyata keçiriləcək
14:34 27.03.2020
Aktual
483
Azərbaycan Respublikası Baş Prokurorluğunda vətəndaş qəbulu onlayn rejimdə həyata keçiriləcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən koronavirus infeksiyasının (COVID-19) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində ÜST-in tövsiyə və tələblərini nəzərə alaraq, xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi təmin edilir. Göstərilənlərlə əlaqədar, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiqi barədə ölkə ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılır.
Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən bu istiqamətdə ardıcıl tədbirlərin icrası təmin edilməklə yanaşı, vətəndaşların əsas konstitusion hüquqlarından biri olan müraciət etmək hüququnun sərbəst reallaşdırılmasını təmin edən kompleks tədbirlər görülür. Belə ki, infeksiyanın yayılması ilə əlaqədar ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi və mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq prokurorluq orqanlarında vətəndaşların müraciətlərinin elektron qaydada və telefon rabitəsi vasitəsilə qəbulu davam etdirilir.
Eyni zamanda, vətəndaşların nəzərinə çatdırılır ki, qəbulla əlaqədar Baş Prokurorluğun “genprosecutor.gov.az” vebsaytına, contact@prosecutor.gov.az elektron poçt ünvanına, Baş Prokurorluğun Qəbul otağının 492-98-55 telefon nömrəsinə, Baş Prokurorluğun “961” nömrəli “Çağrı mərkəzi”nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161” nömrəli “qaynar xətt” əlaqə mərkəzinə müraciət etmiş şəxslərin qəbulu qanunvericiliklə nəzərdə tutulmuş qaydada informasiya-telekommunikasiya texnologiyalarının videogörüntü funksiyasından istifadə olunmaqla canlı bağlantı (onlayn) rejimində də həyata keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm