Baş redaktor: "SSRİ kimi bir rejimin bayrağını qaldırmaq qəbuledilməzdir"

"Azərbaycanın sərhədləri daxilində heç bir ölkənin bağrağı bizimkindən üstün, bizimkindən yuxarıda dalğalana bilməz"

"Dünyanın ən dəyərli bayrağı üçrəngli, ay-ulduzlu öz Dövlət Bayrağımızdır".

"Sherg.az"ın xəbərinə görə, bunu "Unikal.az" saytının baş redaktoru Zaur Əhməd yazıb. 

Baş redaktor bildirib ki, hüquqi olaraq bayrağımız dövlət atributudur, müstəqillik rəmzidir: 

"Mənəvi olaraq minlərlə şəhidin qanıdır, nəşinin son örtüyüdür. Azərbaycanın sərhədləri daxilində heç bir ölkənin bağrağı bizimkindən üstün, bizimkindən yuxarıda dalğalana bilməz. Hətta dost, qardaş ölkələrin bayrağının kölgəsi bizim bayrağımızın üstünə düşməməlidir. SSRİ kimi keçmiş totalitar bir rejimin bayrağını qaldırmaq isə qəbuledilməzdir".