
“Bayraktar AKINCI B”nin “Bayraktar TB-2”dən FƏRQİ - İZAH
Yusif Nəzərli
16:20 03.03.2022
Aktual
1981
“Bayraktar AKINCI B” PUA-sının modelinin ilk test uçuşu müvəffəqiyyətlə həyata keçirilib. PUA Türkiyənin "Baykar" şirkətinə məxsusdur. “AKINCI” sinfinin ən güclü və döyüş qabiliyyəti ən yüksək döyüş təyyarəsi kimi xidmət edəcək. Sınaq uçuşu Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda yerləşən Tədris və Test Mərkəzində yerinə yetirilib. Test uçuşu zamanı bu PUA 1 saat 16 dəqiqə havada qalıb.

"AKINCI"nı digər PUA-lardan fərqləndirən əlamətlər barədə "Sherg.az"a danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, son illərdə Türkiyə Müdafiə Səyanesinin PUA sektorunda inkişafı sürətli templə davam edir:
“Türkiyədə bu sahəyə olan diqqət dünyada olan tələbatdan irəli gəlir. Öz adını müharibələrdə tanıdan “Bayraktar TB-2” PUA-dan sonra Türkiyənin “Baykar” şirkəti yeni layihə üzərində işləməyə başladı.
Son 4 il elmi-nəzəri konstruktor layihələri praktiki formada davam etdirdilər. Nəhayət, martın 2-də ilk sınaq uçuşunu həyata keçirdi.
“Bayraktar AKINCI B” bir sıra xüsusiyyətlərinə görə "Bayraktar TB-2"dən fərqlənir. Birincisi, silah yükü daha çoxdur.
Raketlər gücü ilə digərlərindən fərqlənir. Burada ölçü məsələsi də var.
"AKINCI" kiçik döyüş təyyarəsinə bənzəyir. Bundan başqa havada 25 saat qala bilməsi də onun xüsusiyyətlərindən biridir.
Həmçinin 12 min metr hündürlükdə uçuş tavanına malikdir. Uçuş sürətində də fərq var. “Bayraktar TB-2” saatda 200 kilometr uça bilirdisə, "AKINCI" 2 dəfə ondan daha sürətlidir. Mühərriki böyükdür, amma səsi demək olar ki, eşidilmir.
Hədəfə yalnızca 1500- 2000 metr yaxınlaşdıqda səsi eşidilir. Azərbaycanın da "Akıncı" PUA-na marağı var. İki ölkə arasındakı danışıqlardan sonra ordumuz bu silahla təmin edilə bilər”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət