Bəhruz Quliyev: “Münhen debatı ölkə başçımızın diplomatik qələbəsidir”
Fidan Həmişəyeva
11:23 19.02.2020
Aktual
618
“Bütün Azərbaycan, o cümlədən xarici təhlilçilər Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Münhen Təhlükəsizlik Konfransındakı debatından danışır. Ölkə başçımız açıq-aydın şəkildə Paşinyan üzərində qələbə çaldı”. Bu fikirləri Sherg.az-az açıqlamasında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
Baş redaktor bildirib ki, Prezident İlham Əliyev Münhen debatındakı çıxışı ilə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı:
“Cənab Prezidentin tarixi yaxşı bilməsi və birbaşa faktlara əsaslanaraq çıxış etməsi onun Paşinyandan çox üstün olduğunu göstərdi. Digər tərəfdən Münhen debatı ölkə başçımızın diplomatik qələbəsidir. Onun bir diplomat kimi manevrləri erməni baş nazirini çaşdırdı”.
B.Quliyevin sözlərinə görə, dünyanın siyasi elitası Azərbaycan Prezidentinin nə qədər haqlı olduğunu gördü:
“Ölkə başçısı Paşinyanı doğurdan da mat elədi. Bu, sözün həqiqi mənasında Azərbaycanın qələbəsi idi. Azərbaycan Prezidenti bütün dünyanın gözü qarşısında erməni baş nazirini çaşdırdı. Paşinyan dəfələrlə özünü itirib bir-birinə uyğun olmayan fikrilər səsləndirdi. Sözsüz ki, Münhendəki debatda erməni xisləti də özünü göstərirdi. Ermənilərin yalan informasiyasını illərlə dünyaya çatdırmaq istəyi və boş xülyası dünya ictimaiyyətinin gözü qarşısında canlandı. Paşinyanın yalanlarını ifşa edən cənab Prezident göstərdi ki, erməni xisləti Azərbaycan həqiqətlərini inkar etməklə özünü dünyaya sırımaq istəyir. Hətta istəyirdilər ki, Xocalı kimi bir faciəni dünyanın gözü qarşısında inkar etsinlər. Cənab Prezidentin siyasi manevrləri, bir lider kimi xarizması, peşəkarlığı, lazımi məqamda rəqibi yerində oturtmaq xarakteri var. Bütün dünya bir daha gördü ki, həqiqətən də Azərbaycan Prezidenti kifayət qədər güclü liderdir. Münhen debatındakı detallara baxanda görürük ki, prezidentimiz Paşinyana güclü zərbələr vurdu. Bu da Ermənistan mətbuatında öz əksini tapdı. Yalnız biz yox, bütün dünya ekspertləri və siyasətçiləri Prezident İlham Əliyevin tarixi faktlara əsaslanaraq Paşinyanı necə susdurduğunu deyir”.
Münhen debatının Qarabağ münaqişəsinin dünyaya çatdırılması baxımından böyük rol oynadığını deyən B.Quliyev vurğulayıb ki, hələ bu günə kimi Qarabağ problemi ilə bağlı belə müzakirələr getməmişdi:
“Hətta Ermənistan mətbuatı da etiraf etdi ki, Azərbaycan prezidenti həm diplomatik cəhətdən, həm də tarixi yaxşı bilməsi baxımından Paşinyandan güclüdür. Münhendəki debat hələ də xarixi mətbuatda analiz olunur. Ölkə başçısı Azərbaycan həqiqətlərini düzgün və səlist şəkildə dünya ictimaiyyətinə çatdırdı. Münhen debatı hələ uzun müddət müzakirə olunmağa davam edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya