Birgə təlimin hədəfi: “Əraziyə və dövlətə qarşı təhdidin qarşısı alınır”
Yusif Nəzərli
09:59 03.03.2022
Aktual
834
“Naxçıvan Qarnizonu Qoşunlarının 2022-ci tədris ilinə uzlaşma planı”na əsasən “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimə Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələri ilə bərabər Fövqəladə Hallar Nazirliyinin xilasedici bölmələri də cəlb edilib.
Şiddətli soyuqlarda döyüş əməliyyatlarını və xilasetmə tədbirlərini yüksək peşəkarlıqla aparmaq, idarəetmə orqanlarının əməliyyatların planlaşdırılmasında uzlaşmış fəaliyyətinə nail olmaq, komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə təlimə cəlb edilmiş bölmələrlə məşqlər keçirilib.
Qeyd edək ki, torpaq və xalq uğrunda amal təlimin əsas proseslərindəndir. Həmçinin düşmənin hərbi texnikalarının pusquya salınaraq komandir heyətindən əsir götürülməsi üzrə birgə fəaliyyətlər yerinə yetirilib.
Görünür ki, təlim çox ciddi və ağır şəraitdə həyata keçir. Dünyada və regionda baş verən hadisələri nəzərə alsaq, bu cür sınaq lazımlıdır. Ordu və digər qurumların birgə fəaliyyəti, vətənpərvər olmaq ruhunda yüksək mənəvi keyfiyyətlərin aşılanması, prosesin riskli olması hər hansısa təhlükənin qarşısının alınması üçün addım ola bilər.
Mövzu ilə bağlı “Sherg.az”a münasibət bildirən MTN-nin sabiq zabiti, millət vəkili, Arzu Nağıyev təlimlərdə əsas məqamın müxtəlif qurumların ümumi fəaliyyət göstərməsi olduğunu bildirib:
“Hər bir qoşunun qarşısına öz vəzifəsi qoyulur. Ümumi məsələ əraziyə, dövlətə qarşı hər hansı təhlükənin və təhdidin qarşısının alınmasıdır. Məlumdur ki, Əlahiddə Ümumqoşun Ordusu soyuq havada, şiddətli çovğunda və dağ şəraitində müharibənin necə aparılması ilə məşğul olur. Xüsusi təyinatlılar öz planlarına uyğun olaraq antiterror əməliyyatlarının keçirilməsini və mühüm şəxslərin əsr götürülməsi ilə bağlı əməliyyat aparır. FHN isə, istər Mülki Müdafiə Alayı olsun, istər xüsusi Xilasetmə Xidməti olsun, müxtəlif ərazidə və iqlim şəraitində xilasetmə məsələlərini, itkin düşmüş əsgərlərimizin, qar çovğununa məruz qalmış şəxsi heyətin tapılmasını həyata keçirir”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət