"Biz virusla birgə yaşamağa öyrəşməliyik" - Ramin Bayramlı
06:08 16.05.2020
Aktual
619
"Əvvəlki yaşayış tərzimizə, gündəlik vərdişlərimizə qayıdacağımız barədə qətiyyən düşünməməliyik".
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
"Beynəlxalq təcrübə, son dövrlər digər ölkələrdə görülən tədbirlər, aparılan elmi-tibbi təhlillər onu deməyə əsas verir ki, bu infeksiya bizimlə uzun müddət yaşayacaq. Amma, biz sərt karantin rejimində uzun müddət yaşaya bilmərik. Bir sıra psixoloji və digər faktorlar bizim bu vəziyyətdən tədricən çıxmağımızı şərtləndirir. Bütün görüləcək tədbirlərə baxmayaraq virus bizim aramızda qalmağa davam edəcəkdir. Biz virusla birgə yaşamağa öyrəşməliyik. Virusun radikal eliminasiya metodu vaksinasiyadır. Yaxın bir il ərzində vaksinin əldə olunması gözlənilmir. Dünyada insanların istər sosial, istər iqtisadi həyatında çox ciddi dəyişikliklər baş veribdir və proses hələ də davam etməkdədir.
O bildirib ki, bütün sosial, iqtisadi, psixoloji amillər bütün dünyada yeni qaydalara əsasən yaşamağa öyrəşməyi deməyə vadar edir.
"Xəstəliyin törədicisi bizim aramızdadır və yaxın zamanda da bizi tərk etməyəcək. Bu sürətlə yayıla bilən xəstəlikdir. Xəstəliyi həddindən artıq ağır keçirənlər vardır. Bundan sonrakı həyat devizimiz "kontrollu sosial həyat" devizi olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol