Böhran bəhanəsi: “Zəngəzur dəhlizinin açılmasını ləngidə bilərlər”
Banuçiçək Kalbalıyeva
14:14 26.02.2021
Aktual
753
“Onu da deyim ki, revanşist qüvvələrin fəallaşması onlar üçün ağır nəticələrə səbəb olacaq”
“Düşmən “Dəmir yumruğ”un yerində olduğunu unutmamalıdır”
Ermənistanda daxili vəziyyət düzəlmir ki, düzəlmir. Əksinə, durum getdikcə ağırlaşır. Dünənki mitinqlər isə, bəlkə də, ən pik hədd idi. Buna baxmayaraq, ABŞ- da Baydenin hakimiyyətə gəlişindən etibarən devrilməsi gözlənilən baş nazir Nikol Paşinyan hələ də “post”undadır. O, dünən səsucaldıcı ilə xalqın içinə çıxdı, pofoslu cümlələr işlətdi, “Məni güllələyin”dedi.
Görünür, ölməyincə hakimiyyətdən getmək fikri yoxdur. Hər halda öz işidir. Lakin siyasət heç də ancaq şəxsi arzulardan, istəklərdən ibarət deyil. Necə deyərlər, sən saydığın sal, gör, fələk nə sayır. Fələyin Paşinyan üçün nə saydığı isə hələlik sual altındadır.
Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Ermənistandakı daxili vəziyyəti “Sherg.az”a şərh etdi:
“Hakimiyyət çevrilişi üçün hüquqi- konstitusion yol yoxdur. Parlamentdə çoxluq Paşinyanın tərəfindədir. Xalq isə mübarizələrdən yorulub. İnsanlar hərbi cinayətkarların geri qayıtmasnı istəmirlər. Odur ki, məncə, proseslər hələ bir müddət belə davam edəcək. Üsətəgəl, təhlükəsizlik xidmətinin və polisin baş nazirin arxasında olduğunu da nəzərə almalıyıq”.
A.Mollazadənin fikrincə, rəsmi İrəvan mövcud vəziyyətdən sui-istifadə edə bilər:
“Bu proseslər Ermənistanın öz öhdəliklərini yerinə yetirməsinə mane olmasını istisna etmirəm. Əsas öhdəlik Zəngəzur dəhlizinin açılmasıdır. Bütün region ölkələri bunu istəyirlər. Lakin Ermənistan hərbi- siyasi hakimiyyəti daxili böhranı bəhanə gətirərək prosesin icrasını ləngidə bilər. Onu da deyim ki, revanşist qüvvələrin fəallaşması onlar üçün ağır nəticələrə səbəb olacaq. Düşmənlər “Dəmir yumruğ”un yerində olduğunu unutmamalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət