“Böyük Turan” Lavrovu niyə narahat edir? – Tarixi kökləri var
Banuçiçək Kalbalıyeva
12:28 23.02.2021
Aktual
934
"Rusiya Xİn başçısının türklərə təhlükə olaraq baxma səbəbi heç də bizim təhlükəli olduğumuzdan qaynaqlanmır”
“Əksinə, rus şovinizmini məhv edəcək tək gücün - Türklüyün qüvvələr nisbətini dəyişməsidir”
Rusiya XİN başçısı Sergey Lavrov bu günlərdə "RBK" kanalına müsahibə verib. O, müsahibəsi zamanı Böyük Turan haqqında da fikir bildirib. Lavrov Türkiyənin belə bir hədəfi olduğunu düşünmədiyini dilə gətirib: "SSRİ-nin tərkibində olmuş və indi müstəqil dövlət olan ölkələrin də bu fikri hər hansı şəkildə dəstəklədiyini görmürəm".
Əslində nazirin bu açıqlaması təkcə rəsmi Ankara deyil, eləcə də bütün türk dünyasına mesajdır.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a açıqlamasında rusiyalı nazirin sözügedən açıqlamasına toxunub. O, Moskvanı narahat edən səbəblərdən danışıb:
“Turan ideologiya olaraq yeni doğulanda irqçilik adlandırıldı. İç düşmənlərin sayəsində Rus-fars şovinizminə məğlub oldu və SSRİ dönəmində həm utopiya, həm də "Vətən xainlərinin ideologiyası" olaraq qələmə verildi.
Əsas ideyaları təhrif edilərək, müxtəlif səpkilərdə gözdən salındı. SSRİ-nin çöküşü, Azərbaycanda və digər keçmiş Sovet ölkəsi Türk Respublikalarında milli hərəkatların qələbəsi, Elçibəyin uğurları nəticəsində Turan ideologiyası əvvəlki aktuallığını geri qaytardı.
Son illərdə, Ərdoğan iqtidarının xarici siyasətdə Türk dünyası məsələlərini prioritetə çevirməsi ilə bu yolda əsas gücün - Türkiyə faktorunun səfərbər edilməsini asanlaşdırdı.
Bu gün, dünənədək Rusiya siyasi elitasında ancaq dəli Jirinovskinin "narahatlığı" olaraq bilinən Türk Birliyi, bir müddət əvvəl bir neçə deputatın, ötənlərdə isə artıq Sergey Lavrovun müzakirə etdiyi "təhlükə" olaraq gündəmə gəldi.
Rusiyanın türklərə təhlükə olaraq baxma səbəbi heç də bizim təhlükəli olduğumuzdan qaynaqlanmır. Əksinə, rus şovinizmini məhv edəcək tək gücün - Türklüyün qüvvələr nisbətini dəyişməsidir.
Türk gəncliyi, Türk milləti və türklərlə dostluq şəraitində yaşayan bütün milli azlıqların nicat yolu rus-fars şovinizminin məhvidir. Region sülh, xalqlar barış içində yaşam istəyir.
Tək əngəl isə şovinistlərin ölkələrdə və regionlarda siyasi iqtidar sahibi olmasıdır. Bu reallıq yaxın gələcəkdə dəyişəcək. Biz dəyişəcəyik- Tarixin ədalət tərəzisi, uca Türk milləti!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq