Britaniya şirkəti: “Ermənilərin “Qızılbulaq”dan qanunsuz istifadəsinə görə məhkəməyə müraciət ediləcək”
Yusif Nəzərli
12:06 13.12.2022
Aktual
334
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti “Qızılbulaq” yatağından qanunsuz istifadə ilə bağlı məhkəməyə müraciət edə bilər.
Bunu “APA-Economics”ə açıqlamasında “Anglo-Asian Mining Plc.” şirkətinin maliyyə direktoru İlham Xəlilov deyib.
O bildirib ki, məsələ ilə bağlı mütləq şəkildə beynəlxalq məhkəməyə müraciət edilməsi nəzərdə tutulur:
“Bununla bağlı Azərbaycan hökumətinin, yoxsa birbaşa “Anglo-Asian Mining”in iş qaldıracağı hələlik dəqiqləşməyib. Eyni zamanda, ziyanın həcmi ilə bağlı dəqiqləşmələr aparılmalıdır. Amma hələlik orada araşdırma aparılmasına imkan verilmir”.
İ.Xəlilov əlavə edib ki, siyasi məsələlər öz həllini tapdıqdan sonra şirkət “Qızılbulaq” və onun yuxarı hissəsində yerləşən “Dəmirli” müqavilə sahəsində kəşfiyyat işlərinə başlayacaq.
Qeyd edək ki, “Qızılbulaq” Müqavilə Sahəsi Rusiya sülhməramlılarının Qarabağda nəzarət etdikləri keçmiş Ağdərə ərazisində yerləşir. Müqavilə sahəsi “Dəmirli” mis-molibden yatağının qızılla zəngin olan hissəsidir. Buradan ermənilər tərəfindən ildə 35 min unsiyaya qədər (təxminən 1 ton) qızıl hasil edildiyinə dair məlumatlar var. Qızılın yerin səthindən çıxarılması ciddi ekoloji və digər törəmə fəsadlar yaradır.
Xatırladaq ki, dekabrın 3-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları bunu nəzərə alaraq Rusiya sülhməramlılarının rəhbərliyi ilə görüşüb ərazidə monitorinq aparmaq istəsələr də, onlara əraziyə baxış keçirməyə imkan verilməyib. Ötən gündən etibarən isə eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirirlər.
Məlumat üçün deyək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. “Qızılbulaq” da müqaviləyə daxil edilən yataqlardan biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya