Brüsseldə MÜHARİBƏ havası çalınır - TƏHLİL
05:26 29.03.2024
Aktual
555
Ermənistan Avropa İttifaqı, Fransa və ABŞ-nin müştərək sifarişinə qol qaldırmağa həvəsli görünür
“Yaxın zamanlarda Ermənistanda, sərhədlərimizdə təxribatların, gərginliyin artması gözlənilir”Aprelin 5-də Brüsseldə Ermənistan-ABŞ-AB müştərək konfransı keçiriləcək. Tədbir çərçivəsində Nikol Paşinyan, ABŞ-nin Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen görüşəcək. Görüşə ötən ilin sonundan etibarən hazırlıq gedir. Keçən il oktyabrın 5-də Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyen görüşüb. Görüşdən sonra yayılan birgə bəyanatda Ursula fon der Leyen Ermənistana dəstək üçün AB-ABŞ birgə tədbirinin hazırlanması barədə məlumat verib.
Təəssüflər olsun ki, Qərb Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallığı möhkəmləndirmək, dəstək vermək əvəzinə belə addımlarla Cənubi Qafqazda qeyri-sabitlik yaradaraq öz maraqlarını təmin etmək niyyətindədir. Azərbaycanın əsas məqsədi sülhdür. Sülh isə sabitlik və regionda olan ölkələrin kənar müdaxilə olmadan bir-biri ilə əlaqələrini qurması ilə əldə edilir. Ancaq Ermənistandan bir alət kimi istifadə edilərək regiona müdaxilə cəhdləri özünü büruzə verir. Azərbaycanın apardığı sülh siyasəti əngəllənir və nəticədə bölgədə əmin-amanlığın bərqərar olmasına problemlər yaradılır. Ona görə də hesab edilir ki, 5 aprel görüşü Ermənistanı regiondan qoparmaq yolu ilə burada qeyri-sabitlik yaratmaq məqsədi daşıyır. Ermənistan, Avropa İttifaqı və ABŞ arasında yüksək səviyyəli görüş Rusiyanın da narazılığına səbəb olub. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu cür tədbirlər Rusiyada narahatlıq doğurur. Onun sözlərinə görə, ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşı olmaqdır: "Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur. Çünki onların fəaliyyəti Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbin Cənubi Qafqaza yerləşməsinə, region ölkələrinin Moskva ilə çoxəsrlik əlaqələrinin pozulmasına yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması böyük sualdır. Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin fövqəladə dərəcədə təhlükəli planlarının reallaşması üçün alətə çevirirlər. Bu isə erməni xalqının köklü maraqları ilə tamamilə ziddiyyət təşkil edir”.
"Əksinə, Ermənistanın yenidən silahlandırılması, Fransa, Yunanıstan, Hindistan kimi ölkələrlə birlikdə hərbi ittifaqa girməsi müharibə təhlükəsi yaradır. Belə təmaslar Ermənistanın sülh müqaviləsinin imzalanmasından yayınmasına, ölkə daxilində revanşist qüvvələrin aqressivləşməsinə səbəb olacaq. Brüsseldə hansısa konfransın Azərbaycanın iştirakı ilə, ayrı-seçkilik olmadan keçirilməsi daha məntiqli olardı və sülhün əldə olunmasına xidmət edərdi. Məsələ ondadır ki, Azərbaycanın öz torpaqlarını heç kimlə məsləhətləşmədən işğaldan azad etməsi bəzi dünya güclərinin planlarını pozdu. Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Rusiya-Ukrayna müharibəsinin yaratdığı şəraitdən istifadə edən ABŞ və Aİ-nın əsas məqsədi Ermənistanı Rusiyadan tamamilə qoparmaq, bölgədə ikinci cəbhə açmaqdır. Təbii ki, uzun illər ərzində öz xarici siyasətini Rusiya ilə uyğunlaşdırmış, iqtisadiyyatını, təhlükəsizliyini həvalə etmiş Ermənistan kimi zəif bir dövlət üçün olduqca çətin məsələdir. Daha doğrusu, təhlükəlidir".
Parlamentari Rusiyanın asanlıqla Qafqazdakı geosiyasi maraqlarından imtina edəcəyini düşünmür:
"Yaxın zamanlarda Ermənistanda, sərhədlərimizdə təxribatların, gərginliyin artması gözlənilir. Müharibənin qarşısının alınması, Ermənistandan və onun siyasi hakimiyyətindən asılıdır. Nikol Paşinyan birdəfəlik başa düşməlidir ki, istər Qərb, istərsə də Rusiyanın öz maraqları var. Tarixən, başqalarının geosiyasi maraqlarının təmin olunmasında, ermənilərdən "alət" kimi istifadə praktikasına son qoyulmalıdır. Sülh üçün tarixi şans yaranıb. İrəvan bundan istifadə edərək qonşularla barışmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual