BTQ gələn il tam istismara veriləcək
08:23 30.11.2023
Aktual
394
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gələn il tam istismara verilməsi planlaşdırılır.
Bu barədə APA-nın Tbilisi müxbirinə müsahibəsində Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib.
O, BTQ-nin Trans-Xəzər nəqliyyat dəhlizinin ayrılmaz hissəsi olduğunu, tammiqyaslı istismarının təmin edilməsi məqsədilə Azərbaycanla səmərəli əməkdaşlıq edildiyini vurğulayıb:
“Biz Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində bütün işlərin demək olar 90 faizini tamamlamışıq. Bizim Azərbaycanda nəqliyyat nazirliyindəki həmkarlarımızla son dərəcə yaxşı əməkdaşlığımız var. Ona görə də biz hazırda tikinti fəaliyyətlərinə tam fokuslanmağa qərar vermişik. Hazırda işlər çox yaxşı gedir, yaxşı proqres var. Layihənin çox tezliklə tamamlanacağına ümid edirəm. Hazırda bizim bütün aidiyyəti tərəflərlə tam koordinasiyamız var və mən düşünürəm ki, biz tikinti fəaliyyətlərinə, tikinti işlərinə fokuslandığımıza görə işləri gələn ilin əvvəlində tamamlayacağıq və bundan sonra BTQ tam funksional dəmir yolu xətti olacaq.
Bizim bu dəhlizlə pilot nəqllərimiz olub. Lakin biz hazırda infrastruktur fəaliyyətlərinə tam diqqət yetirmək, yolu tamamlamaq qərarı qəbul etmişik və bu yeni dəmir yolu xəttinin tam miqyaslı istismarına çalışırıq. Bu yol Trans-Xəzər nəqliyyat dəhlizinin ayrılmaz hissəsidir. Ona görə də güman edirəm ki, biz artıq gələn il Cənub-Şərqi Asiyadan vacib yükləri qəbul edə, Qərb ölkələrinə nəql edə, eləcə də əksinə hərəkəti təmin edə biləcəyik. Bu, çox yaxşı tərəqqidir”.
Levan Davitaşvili Gürcüstanla Azərbaycan arasında istismara veriləcək yeni “İpək Yolu” gömrük-keçid məntəqəsinin iki ölkənin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına önəmli töhfəsi olacağını vurğulayıb. “Azərbaycan və Gürcüstan – biz ayrılmazıq. Biz mal və xidmətlərin ən sadə nəql imkanlarına malik olmalıyıq, əlbəttə ki, prosedurların da. Biz prosedurları sadələşdirməliyik. Ona görə də biz malların tranziti və kommunikasiya baxımından bu son dərəcə səmərəli platformanı tikirik. Həmçinin, gömrük xidmətləri də çox vacibdir. Ona görə də düşünürəm ki, bu, Gürcüstan və Azərbaycan arasında ticarət dəhlizlərinə daha bir töhfə olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm
SEPAH ABŞ-nin dörd ölkədəki hərbi bazalarına zərbə endirdi
09:55 02.09.2026
Dünya