- Azərbaycan vətəndaşının vətənə qaytarılması üçün tədbirlər görülür
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşının Ermənistan sərhədini keçməsi ilə bağlı məlumatı təsdiqləyib.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətindən (MTX) bildirilib.
Oktyabrın 21-də günorta saatlarında KİV-də azərbaycanlının Tavuş vilayəti istiqamətində sərhədi keçməsi barədə məlumat yayılmışdı. Lakin həmin vaxt bu məlumat rəsmi şəkildə təsdiqlənməmişdi.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, oktyabrın 19-da saat 17:50-də Ermənistan ərazisində, Tavuş vilayətində Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkarlanıb. Aparılan yoxlama nəticəsində onun yolu azdığı müəyyən edilib.
Ermənistanın MTX-si Azərbaycan vətəndaşının vətənə qaytarılması istiqamətində tədbirlərin görüldüyünü qeyd edib.