Bu gün daha 500 azərbaycanlı Xarkovdan təxliyə edilib
Yusif Nəzərli
09:14 01.03.2022
Aktual
607
Xarkov şəhərində vəziyyət gərgin olaraq qalmaqdadır. Buna baxmayaraq Azərbaycanın fəxri konsulluğu öz fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən 500 nəfər həmvətənimiz Xarkov şəhərindən Lvov şəhərinə yola salınıb. Lvov şəhərindən vətəndaşlarımızın Ukrayna-Polşa sərhəddini keçmələrinə köməklik göstəriləcək.
Bu barədə "Report"a Azərbaycanın fəxri konsulluğundan məlumat verilib.
"Eyni zamanda Xarkov şəhərində Azərbaycanın fəxri konsulu Əfqan Salmanovun Xarkov Cənub Dəmir Yolu idarəsi və Xarkov Dəmir Yolu vağzalı ilə apardığı danışıqların nəticəsində Azərbaycan vətəndaşlarının gündəlik təxliyəsi üçün yerlər ayrılmışdır.
Xarkov şəhərini tərk etmək istətən həmvətənlərdən Dəmir Yolu Vağzalının növbətçi hissəsi və Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğu ilə əlaqə saxlamaları xahiş olunur.
Eyni zamanda konsulluq əməkdaşları Azərbaycan mediasını və sosial medianı izləyir və burada yerləşdirilən müraciətlərə operativ şəkildə reaksiya verir. Azərbaycanın fəxri konsulluğu olaraq Sizlərdən bu işdə həmrəylik nümayiş etdirməyi və həmvətənlərimizi konsulluğa yönləndirməyinizi xahiş edirik.
Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 (+380) 57 700 05 31, (+380)63 047 05 50 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət