Çanaqqala keçilməz
Çanaqqala keçilməz
Yusif Nəzərli
07:33 18.03.2022
Aktual
824
Bu gün birinci dünya müharibəsinin dönüş nöqtəsi olaraq adlandırılan, tarixin ən çətin savaşlarından biri olan Çanaqqala Zəfərinin 107 ci ilidir. 1915-16 cı illərdə Osmanlı İmperatorluğu ilə İngiltərə Kallığı, Fransa, Rusiya ittifaqı arasında Türkiyənin Çanaqqala boğazının qərb hissəsindəki Gelibolu yarımadasında öncə dənizdən, sonra qurudan davam edən bu tarixi savaşın əsas məqsədi Osmanlı İmperatorluğunun paytaxtı olan İstanbulu alaraq, İstanbul və Çanaqqalaya nəzarəti ələ keçirib, Rusiyaya ərzaq və hərbi təchizat yolunu açmaq idi. Hər iki tərəfin də ağır itkilər verdiyi bu müharibənin əsas qəhrəmanlarından heç yerdən əmr gəlməmiş, öz təşəbbüsü ilə rəhbərlik etdiyi 57 ci Alaydan 2-3 dəfə böyük Anzak (asvtraliyalı və yeni zelandiyalı əsgərlərdən ibarət korpus) birliklərinə qarşı hücum əmri verən (əmri verərkən də mən hücum etməyi deyil, ölməyi əmr edirəm deyən) yarbay (polkovnik-leytenant) Mustafa Kamal və Alay komandiri binbaşı (mayor) Hüseyin Avni bəydir. 57 ci Alay bu hücum əmrilə iki saat ərzində 628 şəhid verən, sonunda qalib gələn Türkün gücünü, rəşadətini bütün dünyaya göstərən ən möhtəşəm ordudur.
Hər il 18 Mart günü Türkiyənin bütün şəhərlərində coşquyla qeyd olunur. Dünən İstanbuldakı Atatürk Mədəniyyət Mərkəzində tanınmış Türkiyəli müsiqiçi, bəstəkar Can Atillanın İstanbul Dövlət Simfoniya Orkestrinin ifasında səslənən əsərlərindən ibarət “Çanaqqala Zəfəri və Şəhidləri anma” özəl konserti də bu möhtəşəm qələbəyə həsr olunmuşdu. Simfoniya dörd bölmədən ibarət idi, birinci bölmə 57 ci Alay komandiri Hüseyin Avnı bəyin ailəsinə, yeni doğulmuş evladına olan həsrətini, ikinci bölmə əsgərlərin ailələrinə yazmış olduğu məktubları, üçüncü bölmə Mustafa Kamal Atatürkü, dördüncü bölmə isə yaralı əsgərlərin savaş sonrasında qarşı düşmən cəbhələrində ayaqda qalmaları üçün verdikləri mücadilələri və göstərdikləri fədakarlıqları anladırdı. Bəstəkar Can Atilla deyir ki: “Qəhrəmanları və Şəhidləri anmaq və sənət ortamında bir daha dünyaya tanıtmaq üçün bu simfoniyanı bəstələdim və bu əsərim Londonda, Moskvada dövlət simfonik orkestrlərinin ifasında səsləndirilib, Amerikanın tanınmış “Naxos” müsiqi şirkəti bu simfoniyanı ən yaxşı klassik musiqi nominasiyasında 60-cı Grammy mükafatına namizəd göstərib. Mən çox sevinirəm ki, Türklərlə mübarizə aparan və məğlub olan ingilislərə bu simfoniyanı ifa etdirmişəm”. Musiqiçi səhnədə 57 ci Alayın bayrağını qaldıraraq “Bu bir dünya simfoniyasıdır və dünya durduqca çalınacaq” dedi.
Anım proqramında Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, İstanbul Valisi Ali Yerlikaya, yazıçı, musiqiçi və mediya nümayəndələri iştirak edirdi.
Yaqut Misirxanlı
İstanbuldan xüsusi olaraq “Şərq” qəzeti üçün
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət