Cəza tədbirləri sərtləşdirilməlidir: Piyada ölümlərinin sayı artır
Yusif Sultanoğlu
13:29 22.08.2023
Aktual
373
Hər birimiz yol keçərkən nəinki 2 dəfə, bəzi hallarda hətta 3-4 dəfə düşünməli oluruq. Bunun əsas səbəblərindən biri statistikası durmadan artan yol qəzalarıdır. Demək olar hər gün piyadanın vurulması, dünyasını dəyişməsi xəbərlərini alırıq.
Təbii ki, burada təqsirin birmənalı olaraq hansı tərəfdə olduğunu demək çətindir. Amma bəzən sürücülərlə yanaşı piyadalar da diqqətsizlik edirlər.
Bu cür qəzaların sayının azalması və bədbəxt hadisələrin qarşısının alınması barədə nəqliyyat eksperti İlqar Hüseynli “Sherg.az”a danışarkən bildirib ki, ümumiyyətlə piyada-sürücü münasibətləri qanunla tənzimlənir:
“Hər 2 tərəfin bu məsələdə məsuliyyəti var. Şəhərin prospektlərində piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeraltı və yerüstü keçidlər mövcuddur. Məsələn “İnşaatçılar”metrosunun bir çıxışında yeraltı piyada keçid fəaliyyət göstərir. Lakin kifayət sayda insan bu keçiddən istifadə etməkdənsə, asfalt yoldan kecməyi üstün tuturlar. Belə hallarda isə qəzalar baş verir. Bu zaman məsuliyyət piyadanın üzərinə düşür. Bir sıra sürücülər var ki, piyadalar üçün nəzərdə tutulan zolaqlarda nəqliyyat vasitəsini saxlamır, hətta sürətlərini belə azaltmır. Piyada isə arxayın olduğundan öz yolunu tutub keçir. Belə hadisələr ömürlük xəsarətlə və ölümlə bitən sonluqlara yol açır”.
Ekspert həmçinin bildirib ki, bu sahədə maarifləndirmə tədbirləri həyata keçirilməlidir:
“Şəhərin nəzarət kameraları ciddi yoxlanılmalı, hərəkət qaydalarını pozan sürücülərlə bağlı ciddi inzibati tədbirlər həyata keçirilməlidir. Cəza tədbirləri çoxalsa, qəzaların qarşısı maksimum alınar”.
Səbinə Elmanqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə