Razılaşmalar çərçivəsində Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya dizel yanacağının ABŞ-a tədarükü ritmik şəkildə davam edəcək.
Qeyd edək ki, Rusiya Energetika Nazirliyi artıq Rusiya dizel yanacağı daşıyan ilk tankerin ABŞ-a göndərildiyini açıqlayıb.