Çingiz Qənizadə: "İlk dəfədir ki, 801 nəfər məhkum Əfv Sərəncamının təsir dairəsinə düşdü"
Yusif Nəzərli
11:10 08.05.2023
Aktual
461
"Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, müstəqillk dövründə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı bir çox addımlar atıb".
Bunu "Sherg.az"a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Hüquq müdafiəçisi bildirib ki, ölüm hökmünün ləğvi, əfv institutunun, amnistiyanın tətbiqi və s. məsələlər hər zaman hüquq müdafiəçilərinin diqqətinə olub və alqışlanıb:
"Əfv institutu isə hər il verilməklə yüzlərlə, ümumilikdə isə minlərlə insanın azadlığa qovuşmasına səbəb olacaq bir addımın atılması və bunun ənənə halına çevrilməsinin bünövrəsi Ulu Öndər tərəfindən qoyulub. Ümummilli Liderin anadan olmasının yüzilliyini qeyd etdiyimiz bir dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Əfv Sərəncamının imzalanması ilə bağlı artıq bir neçə gün idi ki, prosesləri izləyirdik.
Ümidlərimiz bugün reallaşdı. Həm də gözləyirdi ki, budəfəki əfv sərəncamı digərlərindən sayına və tərkibinə görə daha geniş olacaq. Bu, belə də oldu. Əfv İnstitutu tarixində ilk dəfədir ki, 801 nəfər məhkum sərəncamın təsir dairəsinə düşdü. Bunlardan 463 nəfəri azadlıqdan məhrum edilmiş şəxslərdir. 220 nəfəri cəzasının çəkilməmiş hissəsinin yarısından azad olundular. 118 nəfər isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalardan azad edildilər. Biz hüquq müdafiəçiləri bu cür humanist addımları hər zaman alqışlamışıq. Budəfəki Əfv Sərəncamına görə də cənab Prezidentə öz təşəkkürümüzü bildiririk. Sərəncam sadəcə əfv edilən 801 nəfəri deyil, eyni zamanda onların ailə üzvlərinə, qohumlarına, yaxınlarına da bu sevinci bəxş etdi. O baxımdan onminlərlə insan dövlət başçısına minnətdarlıq edirlər".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncam 801 nəfər məhkuma şamil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əncirin elmi sübut olunmuş – 3 əsas faydası
04:14 25.08.2026
Sağlamlıq
Haitidə silahlı dəstənin hücumu nəticəsində 42 nəfər ölüb
03:33 25.08.2026
Dünya
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi