COP28-in prezidenti: COP29-un uğurla keçəcəyinə inanırıq
Yusif Nəzərli
06:53 04.06.2024
Aktual
522
Çoxtərəfliliyi effektiv həyata keçirə bilərik.
Bunu COP28-in prezidenti Sultan Ahmed Al Jaber Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil&Gas”) və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power”in açılışında bildirib.
Sultan Ahmed Al Jaber qeyd edib ki, bu gün BƏƏ və Azərbaycan 3 yeni bərpa olunan layihənin - 445 MVt günündə Biləsuvar Günəş Elektrik Stansiyası, 240 MVt günündə Abşeron-Qaradağ Külək Elektrik Stansiyası və 315 MVt günündə Neftçala Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimini həyata keçirəcək:
“COP29-un uğurla keçəcəyinə inanırıq. Özəl sektor yaşıl enerji sahəsindən kənarda qalmamalıdır. SOCAR-ın da bu istiqamətdə təşəbbüslərini xüsusi qeyd etmək istəyirəm. Təmiz enerji sahəsində qısa müddətdə böyük nəticələr əldə edə bilərik, bunun üçün əlimizdə texnologiyalar var. Hər kəsə üzümü tuturam ki, müsbət və praqmatik olun. Təmiz enerjiyə keçid müxtəlif məkanlarda müxtəlif templərlə baş tutacaq. Artan enerji tələbatını qarşılamaq üçün hər cür enerji mənbələrinə ehtiyacımız var”.
Sultan Ahmed Al Jaber bildirib ki, süni intellektin sürətli inkişafı təmiz enerjiyə keçidi sürətləndirmək baxımından önəmlidir:
“Süni intellektlə enerji arasında əməkdaşlığın genişlənməsi böyük uğurlar üçün önəmlidir. Beynəlxalq maliyyə institutlarının, özəl sektorun üzərinə də böyük məsuliyyət düşür. Özəl sektor bu sahələrə qoyulan milyardları trilyonlara çevirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr
15:38 11.04.2026
Ədəbiyyat
Fərhad Məmmədov: Ermənilərlə bu görüşün simvolik mənası odur ki...
15:31 11.04.2026
Gündəm
ABŞ mətbuatı yazdı: “Çindən İrana səssiz dəstək”
15:01 11.04.2026
Dünya