
Deputat: Prezident və birinci xanımın Şuşaya köç edən ailələr ilə görüşməsi unudulmaz tarixdir
10:43 13.05.2024
Aktual
643
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.
Dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşdülər. Daha sonra dövlətimizin başçısı görüşdə çıxış edib. Prezident çıxışı zamanı bir neçə maraqlı məqamlara toxunub.
İlham Əliyev qeyd edib ki, Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük.
Dövlət başçısı bildirib ki, təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir:
"Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar".
Mövzu ilə bağlı “Sherg.az”a danışan Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, Azərbayacan Respubilikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşada olması, köç edən ailələr ilə görüşməsi unudulmaz tarixdir:

“Eyni zamanda, bir sıra yeni obyektlərin, VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024”ün açılışında iştirak etmələri çox təqdirəlayiq haldır. Çünki Şuşa dünyanın mədəniyyət mərkəzlərindən biri hesab edilir. “Qarabağı Şuşasız, Azərbaycanı Qarabağsız təsəvvür etmək olmaz” fikri Şuşaya köçənlərin timsalında bir daha özünü göstərdi. Cənab Prezident və Mehriban xanım Şuşaya ilk köç edənlərlə çox səmimi görüşdülər və mənzillərin açarlarını təqdim etdilər. İnsanların üzündəki sevinc və qürür hissi gələcəyimizin inkişafından xəbər verirdi. İlham Əliyev çıxışı ilə bir daha göstərdi ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Bu zəfərlə daim fəxr edəcəyik. Çünki Azərbaycan ordusu və xalqı müharibə zamanı özünün əsl qəhrəmanlığını, vətənpərvərliyini ortaya qoydu. İgid əsgərlərimizin sücayəti sayəsində Şuşa kimi alınmaz qala düşməndən azad edildi”.
Deputat qeyd edib ki, bu gün müqəddəs abidələrin bərpası, yeni obyektlərin istifadəyə verilməsi, böyük mütəfəkkir və ziyalıların ev muzeylərinin bərpası dövlət rəhbəri tərəfindən Şuşaya verilən dəstəyin sonsuz olduğunun göstəricisidir:
“İlham Əliyev qeyd etdi ki, Şuşanın dirçəldilməsi geniş vüsət alır və hər şey müasir şəhərsalma qaydalarına uyğun qurulur. Uzun illər çadırlarda, yataqxanalarda, uşaq baxçalarında və yararsız binalarda yaşamış insanlar bundan sonra firəvan həyat qursunlar. Bu sözlər dövlət rəhbərinin xalqına olan diqqətindən və qayğısından xəbər verir. ilham Əliyev Prezident olduğu 20 il ərzində torpaqlarımızın işğaldan azad olunması üçün əzimlə mübarizə apardı və Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi. Eyni zamanda, xalqın milli qürurunu və inamını özünə qaytardı. Şuşa sakinləri görüş zamanı ölkə rəhbərinə sonsuz sevgilərini ifadə etdilər və Şuşanın mədəniyyət mərkəzinə çevrilməsi üçün əllərindən gələni edəcəklərinə söz verdilər. Şuşaya qayıdış hər birimizi qürurlandırır. İlham Əliyev və Mehriban Əliyevanın Şuşanın inkişafı sahəsində həyata keçirdikləri işlər əvəzolunmazdır və müqəddəs amalların ifadəsidir. Azərbaycan dünyaya işiq kimi doğur. İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində uğurlarımız bundan sonra da davam etdiriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya
Monqolustan, Çin və Rusiya birgə hərbi təlim keçirəcək
16:17 01.09.2026
Dünya
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm