
Deputat: Qlobal Forumun əhəmiyyəti böyükdür
Yusif Nəzərli
13:04 16.03.2024
Aktual
635
Dünya birliyi Azərbaycan həqiqətləri ilə bağlı informasiyanı ilkin mənbədən alır
"Qlobal Forumun Bakıda keçirilməsinin əhəmiyyəti ilk növbədə, ondan ibarətdir ki, qlobal çağırışlara uyğun maraqlı məsələlər gündəliyə çıxarılır, müzakirələr aparılır. Dünya birliyi Azərbaycan həqiqətləri ilə bağlı informasiyanı ilkin mənbədən alır. Ölkəmizlə, xalqımızın adət-ənənəsi, mədəniyyətimizlə, paytaxtımızla yerində tanış olur. Dostlarımızın sayı artır".
Bu sözləri "Sherg.az"a millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, artıq sistem halını almış Qlobal Bakı Forumu, bəşəriyyət qarşısında duran ən aktual problemlərin müzakirəyə çıxarıldığı, müxtəlif dövlətləri, xalqları təmsil edən strateji beyin mərkəzlərini, nüfuzlu siyasətçiləri özündə birləşdirən beynəlxalq platformadır:
"XI Forumun işində 70-dən artıq dövlətdən 350 qonağın iştirakı onu göstərir ki, ölkəmizə maraq böyükdür və ildən ilə iştirakçıların sayı artmaqdadır. Müasir dünyada, Yaxın Şərqdən tutmuş Afrikaya, Asiyaya, Avropaya qədər bir çox bölgələrdə müharibələr baş alıb gedir. Saysız-hesabsız münaqişələr, məhz dialoqun olmaması üzündən və yaxud bəzi dairələrin imperialist, neokolonialist siyasət apardığına, başqalarının daxili işlərinə qarışdığına görə baş verir. XI Qlobal Bakı Forumunun mövzusu - “parçalanmış dünyanın bərpası” son dərəcə dəqiqliklə düşünülmüş və əhəmiyyətli mövzudur. Hazırda dünyanın bir çox yerində, o cümlədən bizim regionda parçalanmış, ərazi bütövlüyünü təmin edə bilməmiş ölkələr mövcuddur. Çox şükürlər olsun ki, Azərbaycan təkbaşına, öz ərazisini, suverenliyini, nəticə etibarilə beynəlxalq hüququ, ədaləti bərpa etdi. Ancaq əfsuslar ki, qlobal güclər bununla barışmaq istəmir. "Erməni məsələsi"nin beynəlxalq gündəlikdən çıxmasına imkan vermirlər. Əslində, Azərbaycanın əldə etdiyi uğurlar, müsbət presedent kimi beynəlxalq birlik tərəfindən təşviq olunmalı, dəstəklənməli idi. Lakin biz bunun əksini görürük. Fransanın timsalında müstəmləkəçi qüvvələr, regionda dayanıqlı sülhün yaranmasını əngəlləməyə çalışırlar".

Parlament üzvü qeyd edib ki, Prezident İlham Əliyev çıxışında “Qarabağ məsələsinin artıq bağlandığını, bizim sülh istədiyimizi diqqətə çatdırdı:
"Hər kəs Azərbaycanın sülh istədiyini, Dövlət başçımızın dilindən eşitdi. Azərbaycan əleyhinə təbliğat aparanlara ən gözəl cavabdır. Düşünürəm ki, Qlobal Bakı Forumunun əhəmiyyəti, özünü gələcəkdə daha qabarıq şəkildə göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada ərzaq bahalaşır: Qiymətlər rekord həddə çatdı
02:50 08.08.2026
İqtisadiyyat
Akın Gürlek: Terror probleminin sona çatmasına az qalıb
02:12 08.08.2026
Region
Ebola virusuna yoluxanların sayı 4000-i keçib
01:40 08.08.2026
Sağlamlıq
Maskdan Ukraynaya pis xəbər: İcazə verilmədi...
01:21 08.08.2026
Dünya
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region