Diplomatik oyun gedir ! – “Minsk qrupunu fəallaşdırmağa çalışırlar”
Banuçiçək Kalbalıyeva
13:45 17.02.2021
Aktual
592
“Azərbaycan mütləq öz qətiyyətli mövqeyini ortaya qoymalıdır”
Dünən xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə video-konfrans formatında görüşü keçirilib.
XİN-in Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr və 11 yanvar tarixli bəyanatların icrasını müzakirə ediblər.
Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpa olunması və əmin-amanlıq şəraitində birgəyaşayışın həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Görünür, həmsədrlər yenidən fəaliyyətə başlamaq istəyirlər. Halbuki bu, lap “toydan sonrakı nağaranı” xatırladır. Oxucularımız yaxşı xatırlayarlar ki, Prezident İlham Əliyev vasitəçiləri sonuncu dəfə qəbul edərkən onları bura kiminsə dəvət etmədiyini bildirmişdi. Elə isə nə oldu ki, həmsədrlər “məzuniyyətdən qayıtmağa” qərar verdilər?!
Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Minsk qrupunun “qış yuxusundan oyanmasını” “Sherg.az”a şərh etdi:
“Onlar müharibəyəqədərki dövrün “qalıqlarıdırlar”. Həm Ermənistan, həm də Qərb dairələri Minsk qrupunu fəallaşdırmağa çalışır. İndidən konkret nəsə demək çətindir. Hər halda ciddi diplomatik oyun gedir. Azərbaycan mütləq öz qətiyyətli mövqeyini ortaya qoymalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq