Dünya gözünü açsın: “Metsamor təhlükə mənbəyidir” - Yeni Çernobıl!
14:22 19.03.2021
Aktual
799
Ermənistanın Metsamor Atom Elektrik Stansiyası (AES) regional ekoloji təhlükəsizliyi təhlükə altına almaqda davam edir. Belə ki, onlar stansiyasının fəaliyyət müddətini nəzərdə tutulandan daha 5-10 il uzatmaq istəyir.
Metsamor hər an partlamağa hazır olan bombadır. Hazırda fəaliyyət göstərən stansiyanın ikinci bloku 1980-ci ildə istifadəyə verilib. Ermənistan tərəfi stansiyanın 1989-1995-ci illər ərzində 6 il çalışmadığını nəzərə alaraq, “Metsamor”un fəaliyyət müddətini 2036-cı ilə qədər uzatmağı planlaşdırırlar.
Metsamorun Qafqaz regionunda yerləşir. Ona görə də, onun yaratdığı, yaxud yaradacağı təhlükənin miqyası ağılagəlməzdir. Hətta bölgə üçün Çernobıl faciəsi yaşada bilər.
Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Tofiq Abbasov açıqlamasında bildirib ki, Ermənistan özünü çıxılmaz vəziyyətə salıb:
"Nə onlara tərəf baxan, nə də sərmayə yatıran var. Dəvət etdikləri investorların gəlişinə də nail ola bilməyəcəklər. Onları ən çox qayğılandıran problemlərdən biri enerji qıtlığıdır.
Sovet dövründə "Metsamor"u qəzalı vəziyyətdə olduğu üçün dayandırmaq qərarını vermişdilər. Sonradan Rusiya dövlət atom şirkəti "Rosatom" Ermənistanın xahişi və təkidi ilə oraya bir qədər sərmaya qoydu.
Həmçinin texnoloji yenilənmə apardı. Eyni zamanda vəd verdilər ki, artıq işlədə bilərlər. Çünki Azərbaycan və Türkiyə Ermənistanla enerji mübadiləsini dayandırmışdı. Ağır durumda olduqları üçün ruslar onlara yardım etdi".
Politoloqun sözlərinə görə, stansiya müasir tələblərə cavab vermir:
"Mənəvi baxımdan stansiya öz resursunu artıq yeyib, necə deyərlər, üstündən də su içib. İstifadə ediləm avadanlıqlar da arxaikdir, köhnəlib. Həqiqətən böyük təhlükə mənbəyidir. Metsamor AES bütün Avrasiya məkanın böyük arealının problemidir. Çernobıl hadisəsi kimi, bu da canlı varlıqlara təhlükədir. Dünya bu məsələyə göz yummalı deyil.
Ermənistan böyük risklərlə özünü dolandıra bilmək üçün köhnəlmiş texnologiyaları yenidən işə salmağa çalışır. Azərbaycan, Rusiya, Gürcüstan və İranın ekoloji orqanları bu məsələ ilə bağlı ciddi məşğuldurlar. Prosesi uzatmaqla problemin həlli tapılmır, baş verəcək fəlakət təxirə salınır.
Ermənistan sağlam başla, siyasi təffəkkürlə yanaşmalıdır. Əgər orada partlayış baş versə, elə ermənilərin özü batacaq. Necə ki, batıblar..."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm
Xalq artisti Aleksandr Şarovski vəfat edib
10:03 09.09.2026
Mədəniyyət