Düyün açılır
Yusif Nəzərli
10:40 01.03.2022
Aktual
737
Ombudsmanın təklifindən sonra sənədsiz evlər problemi həll oluna bilər
Ombudsman qanunsuz tikilmiş evlərin dövlət qeydiyyatına alınmasını təklif edir. Bu, parlamentin İnsan hüquqları komitəsində 1 martda müzakirəyə çıxarılacaq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb. Məruzədə ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin, habelə bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində tikilmiş evlərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınması, eyni zamanda həmin ərazilərdə və yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanların verilməsi təklif edilib.
İllərdir həllini tapmayan problemə Ombudsman müdaxiləsi sənədsiz evlərə nəhayət ki, yaşıl işıq yandıracaqmı?
“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Şərq”ə açıqlamasında ombudsmanın təklifini alqışladığını dedi:
- Ombudsmanın sənədsiz evlər məsələsini qaldırması, ümid edirəm ki, bu prosesdəki düyünün açılmasına imkan yaradacaq. Sənədsiz evlər məsələsi aktual problemdir və bu problem həll olunmalıdır. Təəssüf ki, bu istiqamətdə müvafiq icra orqanları öhdələrinə düşən işi yerinə yetirmir. Konkret iş ortaya qoymurlar.
Sənədsiz evlərin sənədləşdirilməsi təkcə vətəndaşlara yox, dövlətə də lazımdır. Daşınmaz əmlakın qeydiyyata alınması ilk növbədə vətəndaşın hüquqlarının bərpasıdır. Vətəndaşın əmlakı üzərində hüququ olmalıdır və bunun üçün də daşınmaz əmlak dövlət qeydiyyatına alınmalı, inventarlaşdırılmalıdır. Qeydiyyat prosesinin o qədər üstünlükləri var ki! Vətəndaş əmlak üzərində hüququnu təsbit edir, nəhayət ki, yaşadığı ünvan üzrə qeydiyyata düşür.
Bu, vətəndaşa təhsil, səhiyyə xidmətlərindən qanuni şəkildə yararlanmaq imkanı verəcək. Hazırkı şəraitdə minlərlə vətəndaş bilavasitə yaşadığı ərazi üzrə qeydiyyatda deyil, bölgələrdə qeydiyyatda qalanlar var, hansısa qohumunun mənzilində, ya da polis şöbələrində qeydiyyata alınanlar var.
Minlərlə vətəndaşın faktiki ünvanı bəlli deyil. Bu da hüquqi-inzibati imkanları məhdudlaşdırır. Amma daşınmaz əmlakın sənədləşdirilməsi baş verdikdə, bütün bu problemlər həllini tapmış olacaq.
Hazırda sənədsiz evlərin alqı-satqısı qeyri-qanuni aparılır. Sənədsiz evlər qanuni alqı-satqı predmeti ola bilməz deyə, proses dövlət nəzarətindən kənar baş verir.
Ona görə dövlət alqı-satqı prosesində əldə edilməli olan vergi rüsumlarından da, vergilərin toplanmasından da kənarda qalır. Daşınmaz əmlakın sənədləşdirilməməsi bələdiyyələrə də zərbə vurur. Bələdiyyələr əmlak vergisini toplaya bilmir. Heç bir sənədi olmayan evə görə vətəndaşdan əmlak vergisi toplana bilməz.
Yəni bu problemin hüquqi, iqtisadi ziyanları böyükdür. Bir halda ki, ombudsman sənədsiz evlər məsələsini qaldırır, ümid edək ki, problem nəhayət həllini tapar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət