“Əfv martda yox, mayda ola bilər”

Azərbaycan prezidenti İlham Əliyev hər Novruz bayramı ərəfəsində məhkumların əfv olunması ilə bağlı sərəncam imzalayır. Hazırda insanları bu bayramda da əfvin olub-olmayacağı maraqlandırır.

Məsələ barədə "Sherg.az"a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Novruz bayramında əfvin olması gözlənilmir:

“İnsanlar hər bayramda əfv sərəncamının imzalanacağını gözləyir. Biz də bu işlə məşğul olan insanlardan soruşduq. 

Onlar hələki heç bir işin getmədiyini dedilər. İndi bütün dünyanın başı Rusiya-Ukrayna məsələsinə qarışıb. 

Ona görə, əfv gözləntimiz yoxdur. Hələ bayrama bir qədər var. Bəlkə də, sərəncam imzalanar. İndi olmasa da, mayın 10-da əfv sərəncamı ola bilər”.

Xanlar ƏLİBƏY