Ekspert: "Rusiya artıq nə etdiyini özü də bilmir"

"Dinc əhalinin hədəf alınmasında da əsas məqsəd əhalini müharibədən bezdrmək və hakimiyyətə qarşı qaldırmaqdır"

"Kiyevdəki Azərbaycan səfirliyinin zərər görməsi yaxşı hal deyil və bu, dəfələrlə təkrar olunur". 

Bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib. 

Ekspert vurğulayıb ki, "İskəngər" raketinin vurma dəqiqliyi qeyri-müəyyəndir: 

"Rus əsgərləri bunu hara gəldi tuşlayıb atırlar. Bilirlər ki, atıldığı əraziləri yaşayış məskənləridir. Dinc əhalinin hədəf alınmasında da əsas məqsəd əhalini müharibədən bezdrmək və hakimiyyətə qarşı qaldırmaqdır. Amma bu o demək deyil ki, Rusiya etdiyi əməlin cavabını verməməlidir. Azərbaycan tərəfi dəymiş ziyana görə kompensasiya tələb etməli, bir daha bu kimi hallara yer verilməyəcəyinə dair Rusiyadan təminat almalıdır. Hesab edirəm ki, Rusiyanın bu hərəkətlə Azərbaycana verə biləcəyi mesaj yoxdur. Rusiyaya Azərbaycanla gərginlik lazım deyil. Əvvəlki gərginliyin nəticəsini hamı gördü. Putin Azərbaycanın tələblərini yerinə yetirdi. Fikrimcə, Rusiya bu dəfə də həmin raketi atan zabit heyətini cəzalandıra bilər. Amma bunların əhəmiyyətinin olacağına şübhə ilə yanaşıram. Rusiya artıq nə etdiyini özü də bilmir".