
Ekspert: “Ura!”nı “Yaşasın” ilə əvəz etmək fərrari erməni ordusunu xilas etməyəcək
10:57 09.04.2024
Aktual
734
“Ermənistana 4 il ərzində cəmi 330 milyonluq dəstək aysberqin görünən hissəsidir, dərin proseslər gedir, xüsusilə də müdafiə sektoruna investisiyalar və dəstək haqqında razılaşmalar əldə olunub ki, bu da ilkin şərtsiz olmayacaq”.
Bu barədə “Hraparak” məlumat yayıb.
Nəşr bildirir ki, Ermənistan Baş naziri Nikol Paşinyan tezliklə ciddi reformlara başlaya bilər:
“Rusiyaya qarşı sərt mövqe ortaya qoymasının səbəbi də budur. Hökumət düşünür ki, ilk növbədə ordunu Rusiyanın fiqurlarından təmizləmək lazımdır. Paşinyan yaxın həftələrdə bunu həyata keçirməyə başlaya bilər. Hər halda, dünən məlum olub ki, Müdafiə Nazirliyi “güclü” qərbyönlü islahatlara başlayıb. Bunlardan biri də ordunun yeni nizamnaməsində planlaşdırılan dəyişiklikdir. Məsələn, ötən gün “ura” nidası “yaşasın” sözü ilə əvəzlənib“.
Sözügedən məsələni şərh edən hərbi ekspert Ədalət Verdiyev “Sherg.az”a söyləyib ki, Ermənistan qısa müddətdə Rusiyanın erməni ordusuna dərin nüfuz etmiş kadrlarının təmizlənməsini başa çatdıra bilməyəcək:

“Uzun illər Ermənistanın yüksək rütbəli zabitləri və general heyyəti məhz Rusiya hərbi məktəblərində və akademiyalarında təhsil alıblar. Həmin şəxslər təhsil aldıqları müddət ərzində Rusiya Müdafiə Nazirliyinin çox ciddi təsiri altına düşüblər. Ermənistan Silahlı Qüvvələrinin “Ura!” nidasını “Yaşasın” sözü ilə əvəz etməsi fərrari erməni ordusunu düşdüyü bataqlıqdan xilas etməyəcək. Ermənistan, ümumilikdə 30 illik işğal dövründə yürütdüyü yanlış siyasətin girovuna çevrilmiş ölkədir. Paşinyan ordusunu Rusiyadan təmizləmə prosesinə başlaya bilər, ancaq tez bir zamanda bunu başa çatdırması mümkün deyil. Prosesin qısa zamanda həyata keçirilməsi üçün Ermənistan ordusunda yer alan generalitetin böyük əksətiyyətini təxris etmək lazımdır. Görünür ki, Paşinyan 5 aprel görüşündə Rusiya təsirindən qurtulmaq üçün Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları qarşısında üzərinə müəyyən öhdəliklər götürüb. Ona görə də həmin öhdəliklərin yerinə yetirilməsi istiqamətində Paşinyan tərəfindən belə addımların atılması gözləniləndir. Rusiya, Ermənistan münasibətləri kifayət qədər gərgindir və getdikcə daha da çətinləşəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm