Ekspertlə sosioloqun fikirləri toqquşdu: Nəyi dəyişmək lazımdır?
Banuçiçək Kalbalıyeva
09:53 15.05.2020
Aktual
794
Avtomobili ilə obyektin qarşısında dayanan müştərilərə karantin qaydalarını pozaraq nəqliyyat vasitəsinin salonunda xidmət göstərən “pub” aşkar edilib. Sabunçu rayonu Bakıxanov qəsəbəsində sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə fəaliyyət göstərən “pub” aşkar edilib.
Qəsəbənin R.Axundov küçəsində yerləşən “Kabak” restoranının sahibi Samir Qəhrəmanovun sanitar-karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi və müştərilər qəbul etdiyi məlum olub. Hətta obyektin sahibi restoranın işlədiyi barədə xüsusi reklam çarxları hazırlayaraq sosial şəbəkələrdə yayıb.
Qeyd edək ki, Samir Qəhrəmanov və işçiləri məsuliyyətdən yayınmaq üçün avtomobili ilə obyektin qarşısında dayanan müştərilərə elə nəqliyyat vasitəsinin salonunda xidmət göstəriblər. Bunun üçün S.Qəhrəmanov avtomobilin salonuna spirtli içkilər və yeməklər təqdim etmək üçün xüsusi qablar da düzəltdirib. Obyektə və oranın mətbəxinə baxış zamanı yeməklərin adi sanitar-gigiyenik qaydalara belə əməl olunmadan hazırlandığı ortaya çıxıb. Tədbir zamanı obyektin ümumilikdə 11 işçisi və 7 müştərisi saxlanılaraq Polis İdarəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan Samir Qəhrəmanov və restoranın əməkdaşı Azad Böyükişiyev rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 10 və 30 sutka inzibati qaydada həbs edilib.
Görünür, bəziləri hər cür şətinlikdən çıxış yolu tapa bilirlər. Təbii ki, əgər bunu “çıxış yolu” adlandırmaq mümkündürsə. Başa düşdük, sahibkar cibini pulla doldura bilir. Necə deyərlər, onun Araz aşığından, Kür topuğundandır. Amma bəs insanların sağlamlığı? Hökumət restoranları, kafeləri bağlayıb ki, kütləvi toplaşmna olmasın. Sözügedən sahibklar isə bir neçə vətəndaşı eyni maşının salonuna yığaraq onların qarınlarını doyurur. Koronavirus yayılsa bunun səbəbkarı kim olacaq?!
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az” açıqlamasında deyib ki, tələbatın qarşısını almaq mümkün deyil:
“Deməli, insanlar hətta buna da razıdırlar. Bazarı fortmalaşdıran istehlakçıların tələbləridir. Bu axına müdaxilə etmək isə mümkün deyil. Çıxış yolu odur ki, gigiyena qaydalarına əməl edilsin. Həmçinin müştərilərə kassa çeki verilməlidir. Bir sözlə, biznes qurumunun davranışı dəyişməlidir. Həm də gərək hökumət bazarın tələbinə uyğun davransın”.
Sosioloq Əhməd Qəşəmoğlu isə düşünür ki, dəyişilməli olan insanların davranışıdır:
“İnsanların yanaşması korrektə edilmədiyi müddət ərzində heç bir nəticə əldə edə bilmərik. Cəmiyyətə qarşı bu qədər laqeydlik olmaz. Hər bir insna sosial məsuliyyətini dərk etməlidir. Mən təklif edirəm ki, “Evdə qal” çağırışı ilə yanaşı, həm də “Ehtiyatlı ol” xəbərdarlığına uyğun addım ataq. Təbliğat, maarifləndirmə də gücləndirilməlidir. Çünki camaat karantin qaydalarının yumşaldılmasına hazır deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol