Elxan Şahinoğlu: Qəzzada davamlı atəşkəs olmalıdır
Yusif Sultanoğlu
05:06 05.12.2023
Aktual
594
ABŞ-nin indiki administrasiyasının müharibənin ilk günündən yanlış qərar verdiyini deyənlər çoxdur
Amerika Birləşmiş Ştatları Yaxın Şərqdə müharibəni dayandırmaq üçün diplomatik fəallığını artırsa da, hələ ki, nəticə yoxdur. ABŞ Dövlət katibi Antoni Blinken İsraillə HƏMAS arasında müharibə başladıqdan bu yana Yaxın Şərqə 4 dəfə səfər edib. Vaşinqton əvvəlcə İsrailin HƏMAS qruplaşmasına qarşı savaşı birmənalı şəkildə dəstəkləyirdi. Ancaq bombardmanlar nəticəsində Qəzzada ölənlərin sayı artdıqca ABŞ administrasiyasının mövqeyi dəyişdi. ABŞ atəşkəsə və danışıqlara üstünlük verir. Antoni Blinken “The Washington Post” qəzetində yayımlanan məqaləsində mülki insanların qorunması zərurətini bildirib. Blinken Qəzzaya humanitar yardımların, tibbi ləvazimatların və yanacağın çatdırılmasının vacib olduğunu vurğulayıb. Buna baxmayaraq, ABŞ-nin indiki administrasiyasının müharibənin ilk günündən yanlış qərar verdiyini deyənlər də var. Keçmiş prezident Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri olmuş Ben Rouds “The New York Times” qəzetində yayımlanan məqaləsində Vaşinqtonun beynəlxalq hüquq və normalarına müxtəlif yanaşmasını yazıb.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, əslində, bunun adı “ikili standartlardır”. Bunu Azərbaycanla bağlı siyasətdə də görmək olar. Ekspert qeyd edib ki, Vaşinqton illər uzunu Azərbaycan ərazilərinin işğal altında qalmasına etiraz etmədi, torpaqlar azad olunan kimi Azərbaycanı “etnik təmizləmədə” ittiham etməyə başladılar:
"Beynəlxalq birlik Qəzzada ölümlərin artmasından narahatdır. “NBC News” televiziya kanalı rəsmi mənbələrə istinad edərək Vaşinqtonun Yaxın Şərq siyasətinin yalnız İsrailə dəstək üzərində qurulmasının Amerikanın beynəlxalq aləmdə imicinə zərbə vurduğu xəbərini yayıb. Vaşinqton İsrailin özünümüdafiə haqqını hər zaman dəstəkləyir, ancaq eyni zamanda bu mübarizədə “qırmızı çizgilərin” aşılmasının əleyhinədir. Buna baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahu Vaşinqtonun istəklərini yerinə yetirməkdə həvəsli deyil. Bu arada, Avropa İttifaqında da İsrailin siyasəti ilə bağlı narazılıq artıb. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik komissarı Jozep Borrel “Financial Times” dərgisində yayımlanan məqaləsində müharibənin dayandırılmasının vacib olduğunu bildirib. Pekin də eyni mövqedədir.
Çin Xarici İşlər Nazirliyi Fələstin probleminin həlli ilə bağlı 5 maddədən ibarət plan təklif edib. Pekinin ilk şərti tərəflərin davamlı atəşkəs elan etmələridir. Planın ikinci maddəsi mülki insanların təhlükəsizliyinin təminat altına alınmasıdır. Üçüncü bənd bölgəyə humanitar yardımların çatdırılmasıdır. Planın dördüncü bəndi diplomatik vasitəçiliyin artırılmasıdır. Pekin məsələnin həllində BMT Təhlükəsizlik Şurasına əhəmiyyət verilməsini lazım bilir. Planın beşinci bəndi münaqişənin “iki xalqa iki dövlət” prinsipi üzrə həllini təmin etməkdir. Pekin bu məqsədlə beynəlxalq konfransın təşkilini vacib sayır".
E.Şahinoğlu vurğulayıb ki, Pekin Yaxın Şərqdəki vəziyyətin normallaşmasında Vaşinqtondan geri qalmaq istəmir:
"Pekin bölgədə Fələstin dövlətinin yaradılmasını dəstəkləyir. Pekinin bölgədə iqtisadi maraqları var. Müharibə Çinin Yaxın Şərqdəki iqtisadi layihələrinə təhlükə yaradır. Ona görə də Pekin vasitəçilik fəallığını artırıb. Ancaq Pekinin təkliflərinin reallaşacağı problematikdir. Birincisi, İsrail və ABŞ münaqişənin həllində Fələstin dövlətinin yaradılmasını zəruri hesab etmirlər. İkincisi, Çinin vasitəçiliyinə Pekinin Moskva ilə yaxınlığı mane olur. Məsələn, Pekin Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırması üçün fəallıq nümayiş etdirmir. Odur ki, Pekinin 5 maddəlik təkliflər planının reallaşacağı problematikdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm