
Ermənilər "qış yuxusundan ayılırlar" - Peşmandırlar!
Yusif Nəzərli
13:52 26.09.2023
Aktual
482
“Ermənistan hakimiyyətinin Gorusdakı nümayəndələri beynəlxalq media nümayəndələrinin Qarabağı tərk edən soydaşlarımızla əlaqə yaratmasına, onlardan müsahibə almalarına mane olurlar”.
Bunu erməni hərbi-analitik Karen Vrtanesyan deyib.
“Yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində yaralılar Xankəndidə xəstəxanaya yerləşdirilib. Xarici jurnalistləri həmin xəstəxanaya buraxmırlar, girişlərinə qadağa qoyulur”, – o bildirib.
Qeyd edək ki, artıq 13 550 erməninin Qarabağdan Ermənistana köçdüyü deyilir.
Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, teleaparıcı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli bildirib ki, Ermənistan hakimiyyətinin bu addımı atmasının əsas səbəbi hərbi xuntanın böyük qorxu yaratmasıdır:
“Erməni xalqında hələ də hərbi xuntaya qarşı qorxu hissi hökm sürür. Bu 30 ildə həmin insanlar qış yuxusunda idilər. Onları büsbütün aldadıblar. İndi bu yalanların üstü açılır. Ermənilər gerçəkləri görməyə başlayıblar. Azərbaycanın onlara göstərdiyi xoş münasibətdən sonra peşman olurlar. Azərbaycan xalqına çox böyük ziyan vurduqlarının fərqinə varırlar. Azərbaycan bayrağı altında yaşayacaq ermənilər zamanla gerçəkləri dünyaya çatdırmağımızda müstəsna rol oynayacaqlar”.

Azərbaycan mediasının reinteqrasiya prosesində iştirakına toxunan Q. Məhərrəmli prosesin yeni başladığını vurğulayıb:
“Hazırda bölgədə bir çox problem mövcuddur. Rəsmi Bakının reinteqrasiya ilə bağlı yol xəritəsi var. Bu yol xəritəsi çərçivəsində baş verən yeniliklərin dünyaya çatdırılmasında medianın üzərinə düşən yük böyükdür. Azərbaycan mediasında heç bir halda qisasçılığa çağırış materialları çap edilməməlidir. Media bu prosesin ağrısız şəkildə getməsinə yardımçı olmalıdır. Həqiqəti və doğrunu qərəzsiz şəkildə yazmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət