UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turun nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Oxu.Az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada "Mançester Siti"nin yarımmüdafiəçisi Fil Foden layiq görülüb.
İingiltərəli futbolçu Yunanıstanın AEK klubu ilə keçirilən görüşdə (5:1) het-trik edib və bir məhsuldar ötürmə müəllifi olub. O, azarkeşlər arasında keçirilən səsvermədə bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub.
Qeyd edək ki, həftənin oyunçusu mükafatına Fodenlə yanaşı Niko Pas ("Komo"), 18 yaşlı Rio Nqumoa ("Liverpul") və Skott Maktominey ("Napoli") də namizəd idilər.