
Ermənilərin Qarabağa qayıtması ehtimalı real deyil -ŞƏRH
07:55 31.05.2024
Aktual
680
Paşinyan istəmir
May ayının 28-də və 29-da Xocalıya köç karvanı yola salınıb. Xocalı sakinlərinə yeni evlərinin açarları təqdim olunub. Qeyd edək ki, ilk mərhələdə Xocalıda 20 ailə, ikinci köçdə isə 24 ailə məskunlaşdırılıb. 28 May Dövlət Müstəqilliyi Gününü Xocalıda sakinlərlə qeyd edən Prezident İlham Əliyev deyib ki, sentyabr ayından Xankəndi şəhərinə köç başlayır.
Qeyd edək ki, keçmiş köçkünlərin mərhələli şəkildə öz evlərinə köçürülməsi Qarabağdan gedən ermənilərin də Xocalıya və Xankəndiyə qayıtma ehtimalını aktuallaşdırıb. Maraqlıdır, yaxın aylarda, yaxud da Sülh Bəyannaməsi imzalandıqdan sonra Qarabağdan köçmüş ermənilərin geri qayıtmaq şansı varmı?
Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən siyasi şərhçi Asəf Quliyev Azərbaycan vətəndaşı olan ermənilərin Qarabağa qayıtması məsələsində dövlətimizin mövqeyinin birmənalı olduğunu deyib:
“Azərbaycan dövlətinin qərarına əsasən 1988-ci ilə qədər Qarabağda yaşayan erməni sakinlərin və onların varislərinə Azərbaycanın hüquqları çərçivəsində Qarabağda yaşamaq hüququ tanınır. Qarabağda doğulub boya-başa çatan və Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olan ermənilər istədikləri halda geri qayıdıb ərazimizdə yaşaya bilərlər.
Lakin Azərbaycandan fərqli olaraq Ermənistan hələ də vaxtı ilə Qərbi Zəngəzurda yaşamış və 1988-ci ilə məcburi şəkildə deportasiya olunmuş azərbaycanlıların orada yaşamaq hüququnu tanımır. Halbuki rəsmi Bakı bütün platformalarda Qarabağ ermənilərinin geri qayıtması və yaşaması üçün təminat verdiyini birmənalı bildirir. Və bunun qarşılığı kimi 1988-ci ildə Ermənistandan köçürülmüş azərbaycanlıların hüquqlarının tanınmasını tələb edir. Bu durum Ermənistan üçün diplomatik diskomfortdur. Buna görə də mövcud Ermənistan iqtidarı Qarabağ ermənilərinin məsələsinin sülh gündəliyindən çıxmasını sakitcə qarşılayır. Çünki əks təqdirdə Azərbaycanın 1988-ci ildə Ermənistandan köçürülənlərlə bağlı tələblərinə cavab verməli olacaq. Paşinyan isə bunu istəmir”.

A.Quliyev konkret olaraq bugünkü şərtlərdə ermənilərin Qarabağa qayıtması ehtimalının real olmadığını deyib. Onun sözlərinə görə, Ermənistandakı revanşist qüvvələrin hələ də mövcud olması bu prosesi qeyri-mümkün edir:
“Qeyd etdiyim kimi, ermənilərin Qarabağa qayıtması üçün səslənən şərtlər: Azərbaycan vətəndaşlığını qəbul etmək, Azərbaycan qanunlarına tabe olmaq və Azərbaycanın dövlət atributlarını tanımaq. Ötən ilin sentyabr ayında keçirilən antiterror əməliyyatlarından sonra ermənilərin Xankəndidən kütləvi köçünə qoşulmayan az sayda ermənilər var ki, artıq onlar da gediblər. Özləri Qırmızı Xaç Komitəsinə müraciət edib, onların Ermənistana keçməsinə təminat istəyiblər. Bu kimi faktlar da sübut edir ki, hazırkı mərhələdə Qarabağı tərk edən ermənilərin geri qayıtmaq fikri yoxdur, ola bilsin, Azərbaycanla Ermənistan dövlətləri arasındakı münasibətlər tam normallaşdıqdan, sülh müqaviləsi bağlanandan və ən əsası Ermənistan hökuməti Qərbi Zəngəzurdan köçürülmüş azərbaycanlıların hüquqlarını tanıdıqdan sonra bu məsələ müzakirə oluna bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual