Ermənistan əsgərlərini mülki paltarda Qarabağa daşıyır - SOS
Turan
12:16 07.03.2021
Aktual
696
“Özü hazırda dərin siyasi böhran yaşayan və iqtisadi sıxıntılar içində çabalayan Ermənistanın Qarabağa “tikinti materialları” adı altında əsgər daşıması beynəlxalq hüquqa və 10 noyabr razılaşmasının müddəalarına ziddir, həm də siyasi riyakarlıqdır”.
Bunun “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, əvvəl “erməni əsgərlər Qarabağa qayıtmayacaqlar, xidməti Ermənistanda davam etdirəcəklər” dedilər. İndi isə onları xəlvəti Qarabağa aparmaq istəyirlər:
“Əsgər anaları haqlı olaraq tələb edirlər ki, onların övladları Qarabağa aparılmasın və ancaq Ermənistan ərazisində xidmətini davam etdirsin. Çünki dərk edirlər ki, Qarabağ Azərbaycanın ərazisidir. Erməni əsgər anaları Ermənistanın hərbi-siyasi rəhbərliyindən daha ayıq-sayıq və daha realist düşündüklərinə görə, öz övladlarının Qarabağda ölməsini istəmirlər. Onlar Ermənistan rəhbərliyinin və hərbi komandanlığının zorakı mövqeyinə, bu qanunsuz addımına etirazlarını bildirirlər. Erməni əsgər analarının etirazları və haray səsləri əslində Ermənistan rəhbərliyi üçün SOS siqnalı olmalı və onları ayıltmalıdır. Rəsmi Yerevan məsuliyyətli davranmalı və başa düşməlidir ki, Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin imzaladığı 10 noyabr üçtərəfli Bəyanatının şərtlərinə əməl etməyə məcburdur. Hətta istəməsə də belə, məcburdur. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Prezidentindən nümunə götürməlidir. Təəssüflər olsun ki, tamamilə əks mənzərəni müşahidə edirik. Ermənistan tərəfi həm Rusiyanı, həm də Azərbaycanı aldadaraq əsgərləri mülki paltarda və ya inşaat materiallarının altında gizlədərək Qarabağa daşımağa davam edir”.
Siyasi şərhçinin sözlərinə görə, bütün spekulyativ addımlar Rusiya sülhməramlılarının gözü qarşısında baş verir:
“Qondarma "dqr"in terrorçu rəhbərliyi kimi rəsmi İrəvan da məhz Rusiya sülhməramlılarına arxalanaraq üçtərəfli Bəyanatın məlum müddəalarını həyasızcasına pozur. Rusiya sülhməramlıları Ermənistan ərazisindən "Laçın dəhlizi" vasitəsilə əsgərlərin Dağlıq Qarabağa daşınmasına şərait yaradır. Eyni zamanda Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə xarici vətəndaşların buraxılmaması məsələsinə də tam ciddiyəti ilə əməl etmirlər. Prezident İlham Əliyev də sözügedən mətbuat konfransında bu məsələyə toxundu və qeyd etdi ki, sülhməramlıların yol verdiyi bu cür nöqsanlar bizi narahat edir və bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq. Bizim səbrimiz limitsiz deyil. Odur ki, heç kim Azərbaycanı sərt antiterror əməliyyatı keçirməyə və ya üçüncü Qarabağ müharibəsinə təhrik etməməlidir. Əgər hazırki xoşagəlməz mənzərələr bu şəkildə davam edərsə, o zaman söz haqqı yenidən hərbçilərə verilə bilər. Azərbaycan bütün bu təxribatlara, siyasi oyunlara, "sülhməramlı" spekulyasiyalara dəmir yumruğu ilə son qoymağa qadirdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm