Ermənistan Qarabağdan gedən və İrəvana qayıdan şəxslərlə bağlı faktları gizlədir-Səbəb?
12:38 01.12.2023
Aktual
749
Sentyabrın 25-dən noyabrın 26-dək Qarabağdan gedən ermənilərin 10 929 nəfəri Ermənistanı tərk edib.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
"Artıq onlardan 4303 nəfəri yenidən Ermənistana qayıdıb", - məlumatda deyilir.
Qeyd edək ki, Qarabağda yaşayan ermənilərin xeyli hissəsi Rusiya və digər ölkələrin vətəndaşları idilər. Onların Ermənistanı tərk edəcəyi əvvəlcədən gözlənilirdi. Lakin Ermənistan Milli Təhlükəsizlik Şurasının guya bu ölkəni tərk edən Qarabağ ermənilərinin 4303 nəfərinin geri qayıtdığını iddia etməsi inandırıcı deyil. Görünür, Ermənistan Qarabağı könüllü tərk edən ermənilər üçün xarici dövlətlər və beynəlxalq təşkilatlardan gələn yardımların dayanmasını istəmir. Ona görə də guya ölkəni tərk edənlərin təqribən yarısının geri qayıtdığı haqda dezinformasiya yayırlar.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistandan çıxan ermənilər haqqında hələ də düzgün məlumat yoxdur:
"Qarabağdan köçən ermənilərin Ermənistanı tərk etməsi ilə bağlı 11 minə qədər olan statistika verirlər. Daha sonra isə qeyd edirlər ki, 4300 nəfər Ermənistana qayıtdı. Çünki Ermənistana qayıtmaq üçün vəziyyət normal deyil. Digər tərəfdən bu qədər insanın bir ay içərisində oranı tərk etməsi də inandırıcı görünmür. Ermənistan belə məlumatlar verməklə beynəlxalq təşkilatlardan maliyyə yardımı və ərzaq məhsulları almaq istəyir. İndiki vəziyyətdə Ermənistan hökumətinin səsləndirdiyi açıqlama öz absurdluğu ilə seçilir. Çünki belə bir vəziyyətdə ölkəni tərk etmiş şəxslərin geri qayıtması real görsənmir. Ermənistan onlara gah vətəndaşlıq və qaçqın statusu verməklə bağlı, gah da Qarabağa qayıtmaları ilə əlaqədar vədlər verdi. Artıq Ermənistanın verdiyi belə dezinformasiyaya dünya ictimaiyyəti də çox inanmır. Ona görə də onlar, beynəlxalq ictimaiyyətdən daha çox yardım almaq və pul mənimsəmək məqsədi ilə bunları edirlər. Ermənistan hakimiyyəti Qarabağdan gedən və Ermənistana qayıdan şəxslərlə bağlı faktları gizlədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm