
Ermənistan rəhbərliyi növbəti aylarda sülhlə bağlı konkret addımlar atacaq -Şərh
Yusif Nəzərli
00:05 30.12.2023
Aktual
609
2024-cü il sülh ili olacaq
İlkin olaraq çərçivə sənədi imzalanacaq
Sülh prosesi barədə danışarkən, mühit çox önəmlidir. Ona görə də hər hansı müsbət irəliləyiş ümumi prosesə yaxşı mənada təsir edə bilər. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, bu mənada, dekabr ayında baş vermiş inkişaf ciddi etimad quruculuğu tədbiri kimi hesab edilə bilər: "Bunun önəmi ondan ibarətdir ki, proses iki ölkə arasında vasitəçi olmadan baş verdi. Noyabrda delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi də müsbət inkişaf kimi qiymətləndirilməlidir. 2023-cü ilin sonunda müəyyən müsbət nəticələr qazanılıb. Bizi məmnun edən məqam ondan ibarətdir ki, bütün bunlar birbaşa təmas nəticəsində əldə edilib. Azərbaycan tərəfi bu nəticələri nəzərə alaraq 2024-cü ildə hadisələrin inkişafına nikbin baxır. Öz tərəfimizdən təbii ki, legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüququ əsas götürərək üzərimizə düşən müsbət münasibəti göstərməyə davam edəcəyik”.
C.Bayramov əlavə edib ki, Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ikitərəfli məsələdir: "Üçüncü tərəflər əgər neytraldırsa, obyektivdirsə, biz bunu dəstəkləyirik". Xarici işlər naziri vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında bütün görüşlər zamanı 8 kəndin qaytarılması məsələsi qaldırılır: "Hesab edirik ki, bu, delimitasiya ilə bağlıdır və bildiyiniz kimi, delimitasiya məsələsi texniki məsələdir. Sülh müqaviləsində isə ümumi prinsiplər əks olunur". Nazir ciddi ərazi münaqişəsi olmayan ölkələr arasında belə delimitasiya prosesinin uzun müddət çəkə bildiyini xatırladıb: “Ancaq əgər biz sülh müqaviləsinin tez zamanda imzalanmağını istəyiriksə, bu iki prosesi ayırmalıyıq". XİN başçısı Ermənistanın nəzarəti altında olan 8 kəndlə bağlı məsələyə də toxunub: “Bu səkkiz kəndin də öz spesifikası var, bu kəndlərdən 4-ü anklav, digər 4-ü isə anklav kəndlər deyil. Bizim yanaşmamız ondan ibarətdir ki, prosesdə müəyyən ardıcıllıq ola bilər və qarşılıqlı müzakirə formasında davam edə bilər. Ermənistanın da öz iddiaları, sərhədlərlə bağlı öz baxışları var. Ancaq biz yaşayış məntəqələrindən danışırıq. Bu kəndlərin kimə məxsusluğu mübahisə mövzusu deyil, aydındır ki, Sovet dönəmində bu kəndlərdə kimlər yaşayıb”.
Erməni yazıçı, ekspert Karen Xurşudyan isə deyib ki, Ermənistanın imkanları Azərbaycanla bərabər deyil, bizim yetəri qədər silahımız belə yoxdur. Onun sözlərinə görə, heç bir avropalı Ermənistanın sərhədlərini qorumağa gəlməyəcək: "İqtisadi sanksiyalardan başqa Avropanın Azərbaycana təsir rıçaqları yoxdur. Yəni Bakı İrəvana qarşı təmkinli olmağa məcbur deyil. Ermənistan xarici siyasi əlaqələrini genişləndirməli, ordusunu gücləndirməlidir. Sülh ancaq bu vəziyyətdə imzalana bilər. Əks halda başqa qüvvələr İrəvandan öz məqsədləri üçün istifadə etməyə davam edəcəklər".
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a deyib ki, qardaşıdan gələn ildə Ermənistanla sülh prosesində irəliləyişin olacağı ehtimalı çoxdur. Partiya rəhbərinin sözlərinə görə, müharibədən ötən 3 il ərzində sülh müqaviləsinin imzalanmamasının səbəbi İrəvanın qeyri-konstruktiv siyasəti ilə bağlıdır:

"Ona görə də belə razılaşdırılıb ki, ilkin olaraq sülh sazişinin çərçivə sənədini imzalansın. Sərhədlərin delimitasiya və demarkasiyası, anklav kəndlər məsələsi sonrakı etapa saxlanılsın. Çünki bu məqamların kifayət qədər uzun vaxt aparacağı, gərgin müzakirələr tələb edəcəyi şübhəsizdir. O səbəbdən ilk mərhələdə çərçivə sazişinin imzalanması daha real görünür. Güman edirəm ki, gələn ilin başlanğıcından etibarən proses sürətləndiriləcək. Ermənistan da artıq fərqindədir ki, Azərbaycanla ikitərəfli danışıqlar daha yaxşı nəticələr verir. Bu dövrə qədər Ermənistan gah şimal, gah cənub qonşularımız, gah da Fransa başda olmaqla Qərb dövlətləri tərəfindən revanşist addımlara təhrik olunurdular. İrəvan anladı ki, kənar müdaxilələr, təhriklər Ermənistana ancaq problem yaşadır. Proses uzandıqca ermənilərin özü üçün problemlər yaranır. Artıq İrəvan da anlayır ki, sülh prosesi Azərbaycandan daha çox Ermənistana lazımdır. O baxımdan düşünürəm ki, Ermənistan rəhbərliyi növbəti aylarda sülhlə bağlı konkret addımlar atacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə nağd pulu heç vaxt buralara qoymayın: Ən riskli 8 yer
07:51 11.08.2026
Cəmiyyət
Ronald Arauxo "Liverpul"a keçdi
07:17 11.08.2026
Futbol
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm