Ermənistanda böhran: "Demoqrafik və sosial, iqtisadi sarsıntı içindədirlər"
07:48 17.02.2021
Aktual
731
İlyas Hüseynov: "Müharibədə vurulmuş zərər bu ölkədə depressiya vəziyyəti yaradıb"
"Ermənistanın öz daxili siyasətinə, regional mövqeyinə və gələcək planlarına baxması ilə bağlı böyük suallar yaranmaqdadır"
"Ötən gün Ermənistanda Müdafiə Nazirliyinin binası qarşısında müharibə iştirakçıları və onların yaxınları etiraz aksiyası keçirib. Etirazçıların əsas tələbi maliyyə yardımının verilməsi olub. Çünki Ermənistanda hərbi qulluqçulara, eyni zamanda İkinci Qarabağ müharibəsi iştirakçılarına hərbi döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə maddi dəstəyin göstərilməsi ilə bağlı problemlər yaşanmaqdadır. Bundan öncə də, bir neçə dəfə Müdafiə Nazirliyinin binası qarşısında əsgər anaları, eləcə də onların yaxınları bir sıra etiraz aksiyaları keçirdiblər. Onların əsas tələbi o zaman öz övladlarının və yaxınlarının taleyinin müəyyən olunması ilə bağlı olub".
Bu sözləri "Şərq"ə açıqlamasında politoloq İlyas Hüseynov deyib. Politoloq qeyd edib ki, Ermənistanda əhalinin müəyyən bir qismi Qarabağ döyüşlərində iştirak etmiş şəxslərin hərbi biletlərində müharibə iştirakçısı olmaması ilə bağlı qeydlərinə etiraz edirlər:
"Çünki hərbi biletlərdə onların döyüşlərdə iştirak etməməsi qeyd olunub. Belə demək mümkündürsə, onlara heç bir maliyyə yardımı ayrılmayacaq. Təzminat almayacaqlarını biləndən sonra həmin şəxslər mitinq keçirmək qərarını veriblər. Ümumilikdə götürəndə Ermənistanda gələcəkdə bu kimi problemlərin olması tez-tez müşahidə edilə bilər.
Çünki Ermənistanda iqtisadi durğunluq, hərbi əməliyyatlar zamanı vurulmuş külli miqdarda zərər ölkədə depressiya vəziyyəti yaradıb. Bu vəziyyət həm müxalifətdə, həm iqtidarda, həm də əhalinin müxtəlif sosial təbəqələrində geniş hiss olunmaqdadır. Ona görə də bu tipli aksiyaların Ermənistanın digər orqanları qarşısında keçiriləcəyini proqnozlaşdırmaq mümkündür".
İ.Hüseynov əlavə edib ki, iqtisadi vəziyyətin çox məhdud olması, xarici ianələr hesabına dövlət büdcəsini doldurmaq məqsədi güdən Ermənistanın rəhbərliyi bu cür fors-major vəziyyətlərə hazırlıqsız yaxalanıb:
"44 günlük müharibədə Azərbaycan tərəfindən vurulan ağır və sarsıdıcı zərbələr nəticəsində Ermənistan demoqrafik, sosial, iqtisadi cəhətdən böyük sarsıntılar keçirməkdədir. Bu cür mitinqlər də təbii ki, onun beynəlxalq nüfuzuna, imicinə xələl gətirir. Eyni zamanda daxildəki problemləri həll edə bilməyən bir dövlət təəssüratı yaradır. Buna görə də Ermənistanın öz daxili siyasətinə, regional mövqeyinə və gələcək planlarına baxması ilə bağlı böyük suallar yaranmaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq