"Ermənistanda əsgərlər xidmətdən yayınırlar"- Orduda xaos!
06:31 25.02.2021
Aktual
878
Ermənistan 44 günlük müharibə kabusundan ayılmayıb. Müqəddəs ruhlarımızın uyuduğu Qarabağ torpaqlarının işğaldan azad edilməsi düşmənə göz dağı verib. Məğlubiyyət acısı dadan Ermənistanın hərbi hissələrindən birində çağırışçı əsgərlərin məzuniyyətdən hərbi hissənin daimi dislokasiya bölgəsinə qayıtmaq istəməməsi ilə əlaqədar insident yaşanıb.
Belə ki, fevralın 23-də hərbi qulluqçular və onların yaxınlarından ibarət bir qrup əsgərlərin daimi dislokasiya bölgəsinə qayıtmasına mane olmağa cəhd göstərib. Nəticədə bəzi əsgərlər yaranmış iğtişaşdan istifadə edərək hərbi hissənin ərazisini özbaşına tərk ediblər. Polis fərarilik etmiş əsgərlərin axtarışına başlayıb.
Baş verən hadisə onların necə qorxaq xislətə sahib olduqlarının bariz nümunəsidir. Görəsən, bu durumun kökündə hansı səbəblər dayanır?
Sualıma cavab tapmaq üçün ehtiyatda olan polkovnik Şair Ramaldanovla əlaqə saxladım. O “Sherg.az”a açıqlamasında bildirdi ki, Ermənistanın hərbi hissələrində belə hadisələr mütəmadi olaraq baş verir:
“Onların mətbuatında da bu barədə müzakirələr aparılır. Müharibədən öncə də, müharibə dönəmində də komandirlər, zabitlər arasında müəyyən problemlərlə əlaqədar əsgərlər etiraz edərək hərbi hissəni tərk etmişdilər. İndi məğlub olmuş erməni ordusunun psixoloji vəziyyəti çox gərgindir. Ermənistanın özündə də siyasi problemlər yaşanır.
Ölkədaxili stress hərbi hissədə xidmət edənlərə psixoloji cəhətdən təsir göstərir. Ona görə deyiblər ki, ordu cəmiyyətin güzgüsüdür. Hazırda dövlətə qarşı cəmiyyətin etirazı, mitinqləri əsgərlər arasında da narazılıq yarada bilər.
Hərbi dillə desək, mövcud durum nizam-intizamsızlığın təzahürüdür. Orada əsgərlər və əsgər-komandir münasibətləri tarıma çəkilib. Nizam-intizam aşağı olan hərbi hissələrdə belə hallar baş verir. Dövlətin daxilindəki gərginliyin hərbi hissələrdə əks-səda verməsinə təəccüblənmək lazım deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq