“...Ermənistanın savaş çağırışları onun üçün ölümə bərabərdir”
Banuçiçək Kalbalıyeva
09:14 19.02.2021
Aktual
1159
“Deməli, kimsə hərbi əməliyyatları bərpa etmək istəsə, qarşısında şimal qonşumuzu görəcək”
“Söylədiyim kimi, “Qarabağ klanı”nın hakimiyyətə gəlmək üçün şansı çoxdur”
“Fəqət, verilən vədlər sadəcə təbliğat ritorikasıdır”
Məlum olduğu kimi, Ermənistanda prezident seçkilərinə bir neçə ay qalıb. Belə bir vaxtda düşmən ölkədəki vəziyyət getdikcə xaotik hal almaqdadır. Keçmiş prezidentlər Robert Köçəryanla Serj Sarkisyan uzun illərdən sonra birdən-birə “böyük siyasət”ə qayıtdıqlarını elan ediblər. Görünür, yerli cəmiyyətin onlara ehtiyacı olduğunu düşünürlər. Bir az obrazlı desək, özlərini Ağ atlı oğlana bənzədirlər...
Yaxşı, lap tutaq ki, hakimiyyətə gəldilər. Nə edə bilərlər? Necə deyərlər, qatar çoxdan getməyibmi? İş işdən keçməyibmi? Bizcə, belədir. Hər halda Köçəryan və Sarkisyan yenidən Qarabağı işğal etmək barədə düşünürlərsə, bunu hətta yuxuda görmələri də çətindir. Yuxuda görsələr də, Haroplarımız, PUA-larımız kabuslarına çevriləcək...
Politoloq, jurnalist Anar Həsənov Ermənistandakı daxili vəziyyəti “Sherg.az”a qiymətləndirdi. Onun fikrincə, növbəti müharibənin başlanması o qədər də real deyil:
“Rəsmi İrəvan savaş başlayanadək xeyli dərəcədə, indi isə tam asılıdır. Bu gün Qarabağda Ermənistan yoxdur. Yalnız Azərbaycan və Rusiya var.
Düşmən ölkənin iqtisadiyyatı bütünlüklə Kremldən asılıdır. Həmçinin daxili auditoriya üçün bəyanatlara, seçkiqabağı kampaniyaya imkan verən Qarabağın da Ermənistanla əlaqəsi kəsilib. Deməli, verilən müsahibələr hakimiyyətə gəlməyə hesablanıb. Əslində Paşinyan administrasiyasının müvəqqəti olduğunu və gec-tez “Qarabağ klanı”nın hakimiyyətə gələcəyini düşünürəm.
Lakin Sarkisyan, Köçəryan verdikləri bəyanatları yerinə yetirə bilərlərmi? Bax, bu, sual altındadır. Birincisi, onların yeni müharibəyə başlamaq üçün hərbi imkanları yoxdur.
Ölkədə siyasi böhran yaşanır. İkincisi, yeni savaşı Moskva da istəmir. Hər halda Rusiyanın sülhməramlı adı ilə Qarabağda olması növbəti müharibə başlananda göz yummaq, səssiz qalmaq üçün deyil.
Eyni zamanda Rusiya prezidenti Vladimir Putin müsahibələrinin birində demişdi ki, Ermənistanın yeni savaş çağırışları onun üçün ölümə bərabərdir. Deməli, kimsə hərbi əməliyyatları bərpa etmək istəsə, qarşısında şimal qonşumuzu görəcək. Söylədiyim kimi, “Qarabağ klanı”nın hakimiyyətə gəlmək üçün şansı çoxdur.
Fəqət, verilən vədlər sadəcə təbliğat ritorikasıdır. Lokal toqquşmalar istisna olmaqla, Üçüncü Qarabağ savaşının ən azı yaxın gələcəkdə başlanacağını düşünmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda oğurluq edən şəxslər saxlanılıb
17:05 19.03.2026
Gündəm
Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır
16:40 19.03.2026
Sosial
Heqset: İrana bu gün ən böyük zərbəni endirəcəyik
16:38 19.03.2026
Gündəm
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
16:26 19.03.2026
Gündəm
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
14:59 19.03.2026
Dünya
Sumqayıtda 34 kq narkotik aşkarlanıb
14:52 19.03.2026
Hadisə
Azərbaycan hərbi polisinin nümayəndə heyəti Bolqarıstana səfər edib
14:25 19.03.2026
Hərbi
Mingəçevirdə bədbəxt hadisə: 80 yaşlı kişi poçtda vəfat etdi
14:24 19.03.2026
Hadisə
ABŞ Ordusu Hörmüz boğazını ələ keçirməyə hazırlaşır
14:16 19.03.2026
Gündəm
“Qalatasaray”ın Çempionlar Liqasından əldə etdiyi gəlir bəlli olub
13:54 19.03.2026
Futbol
Kallas: Aİ Hörmüz boğazına qüvvə göndərmək istəmir
13:48 19.03.2026
Gündəm
Rasim Balayevin səhhətindəki son durum açıqlandı
13:41 19.03.2026
Mədəniyyət
Rusiya və Ukrayna arasındakı sülh danışıqları dayandırıldı
13:37 19.03.2026
Gündəm
Rusiyada dollar və avro bahalaşıb
13:29 19.03.2026
Dünya