
Ermənistanın təxribat ritorikası: 5 aprel görüşündən öncə... -ŞƏRH
11:15 01.04.2024
Aktual
648
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
“Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaq.
Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcək”, - deyə MN-in açıqlamasında vurğulanıb.
Məsələni “Sherg.az”a dəyərləndirən politoloq Zeynal Əmrəliyev bildirib ki, Ermənistan mühüm görüşlərin baş verdiyi ərəfədə bu cür təxribatlara əl atır:
“Yaxın tarixə nəzər yetirsək görərik ki, 2023-cü il mayın 14-də Brüsseldə üçrətəfli görüş keçirilməli idi. Həmin görüşdən bir neçə gün əvvəl də Ermənistan ordusu cəbhə bölgəsində təxribatlara yol açdı. Bu Ermənistanın ənənəvi siyasətidir. Xüsusilə də 5 apreldə baş tutacaq üçtərəfli görüşdən öncə belə təxribatın törədilməsi Ermənistana hava və su kimi lazımdır. Çünki Ermənistan təxribata veriləcək adekvat cavabı öz xeyrinə istifadə edəcək və görüş zamanı Qərbdən müəyyən şeylər qopartmağa çalışacaq. Bu addımlar bir daha Ermənistanın necə ikiüzlü siyasət aparmasının göstəricisidir. Rəsmi İrəvan bir tərəfdən Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bildirir, digər tərəfdən isə təxribar xarakterli addımlar atır. Azərbaycan Müdafiə Nazirliyinin də açıqlamasında qeyd olunduğu kimi belə bir təxribat baş verərsə, Azərbaycan buna kəskin şəkildə cavab verəcək”.

Ekspert söyləyib ki, Ermənistan tərəfindən aqressiv ritorika sərgilənir:
“Eyni zamanda, burada Qərbin iküzlü və riyakar siyasəti də var. 30 ilə yaxın Azərbaycan torpaqları işğal altında qalan zaman Qərb bir dəfə belə səsini çıxarmadı. Azərbaycan əraziləri hazırda minalanmış vəziyyətdədir. Qərb tərəfindən yenə də real kömək görmürük. Ancaq Qərbdə Ermənistanla bağlı təhlükəsizlik adı altında görüş keçirilir. Bu təhlükəsizlik zəmanətinin nəyə və kimə xidmət etdiyi ilə bağlı həmin qrumlardan, dövlətlərdən izahat tələb edilməlidir. Aropa Komissiyasının sədri Ursula fon der Lyayen, ABŞ dövlət katibi Entoni Blinken öz təmsil etdikləri qurumların mövqeylərini açıq şəkildə ifadə etməlidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region