“Ermənistanla sülh bağlamaq su üstündə yazı yazmağa bərabərdir”
Yusif Nəzərli
10:40 03.03.2022
Aktual
665
Ermənistan silahlı qüvvələrinin təxribatları davam edir. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qarşı tərəf martın 2-si saat 20:50-dən 21:16-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Azərbaycan Ordusunun sıralarında şəxsi heyət və texnika baxımından itki yoxdur. Hazırda bu istiqamətlərdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Qeyd edək ki, eyni zamanda ötən gün N.Paşinyan “Ermənistanın diplomatiya günü”nə həsr olunmuş tədbirdə çıxışı zamanı Azərbaycanla sülh sazişinin imzalanacağını bəyan edib.
“Gündəlikdə regional kommunikasiyaların açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələləri var
Ermənistan tərəfinin törətdiyi təxribatların səbəb və nəticələri, eləcə də yekun sülh barədə “Sherg.az”a danışan ehtiyatda olan hərbi jurnalist, Qarabağ qazisi İlham Tumas bildirib ki, bu müqavilə effektiv olmaya bilər:
“Ermənistanla sülh bağlamaq su üstündə yazı yazmağa bərabərdir. Bunu dəfələrlə görmüşük. 20-ci əsrdə erməni-müsəlman müharibəsində də şahidi olmuşuq. Sonuncu dəfə də gördük. Yenə də deyirəm, o dövlət terroçu bir dövlət olduğuna görə, onlarla sülh imzalamaq, hansısa razılığa gəlmək yalnız kağız üstündə mümkündür. Amma imkan düşən kimi Ermənistan zərbə endirməyə hazır bir dövlətdir. Baxın, indiki təxribat da fikirlərimizin sübutu hesab oluna bilər”.
Dünyada baş verən son hadisələrin bu məsələyə təsirindən danışan İ.Tumas hesab edir ki, bu saziş uğurlu adddım deyil:
“Ukraynada baş verənlərin fonunda bəziləri deyir ki, Rusiya məğlub olsa, Ermənistan geri çəkiləcək. Təbii ki, bunlar proqnozlardır. Mən bunları düşünmürəm. Amma hərhalda, indiki məqamda sülh müqaviləsinin uğurlu bir gediş olacağını düşünmürəm. Bir vətəndaş kimi, döyüşçü kimi fikirləşirəm ki, Ermənistanla sülh müqaviləsi imzalamaq mənasız bir işdir və heç nəyə kömək olmayacaq”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət