Ətin qiyməti ilə bağlı bazarda süni ajiotaj yaradılır - İqtisadçı
11:06 21.08.2023
Aktual
582
Payızda ətin qiymətinin 20 manatadək yüksələcəyi deyilir. Əslində isə bunun üçün heç bir iqtisadi əsas yoxdur
Ətin qiyməti bahalaşıbmı? Bu suala cavablar müxtəlifdir. Ət satışı məntəqələrinin bəzisində dana ətinin kiloqramı 14-15 manat arasında dəyişir. Bəzilərində isə dana əti 16 manata satılır. Dana ətini 16 manata təklif edənlər ətin təzə, cavan heyvanın əti, nisbətən ucuz qiymətə satılanınsa qoca heyvana məxsus olduğunu iddia edirlər. Qiymət artımını satıcılar həm istirahət mövsümündə ətə tələbatın artmasıyla, həm də yem və otun qiymətinin qalxması ilə əlaqələndirir.
İqtisadçı ekspert Xalid Kərimli Trend-ə açıqlamasında bildirib ki, istehlak olunan ətin 85%-i ölkəmizdə istehsal olunur. Ancaq ətin istehsalında istifadə olunan yemin əhəmiyyətli hissəsi ya xaricdən idxal olunur, ya da dəyəri dünya bazarında formalaşır. Ümumiyyətlə, ətin maya dəyərinin 70%-i yemlə bağlıdır. Yemin bahalaşması ətin qiymətinə təsir edir. Ekspertin sözlərinə görə, maldarlıqda xərclərin artımı fermerə tədricən təsir göstərir. Əvvəllər ölkəmizə Ukrayna və Rusiyadan ucuz ət idxal olunurdu. Bahalaşmanın səbəblərindən də biri də odur ki, hazırda baş verən proseslərə görə bu imkanlar məhdudlaşıb. Ümumiyyətlə, xaricdən gətirilən ətin qiymətində 20% bahalaşma var. Bunun özü də imkan verir ki, yerli təsərrüfatlar qiyməti artırsın", - deyə X.Kərimli qeyd edib.
“Sherg.az”a açıqlamsında iqtisadçı Vahid Məhərrəmov isə bildirdi ki, ətin qiymətinin bahalaşması üçün iqtisadi əsas yoxdur:
Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə ət istehsalı 3.1 faiz artıb. Ölkəyə diri heyvan idxalında da 74 faiz artım var. Amma əhalinin alıcılıq qabiliyyəti aşağıdır. Bu özünü əhalinin gəlirlərinin böyük hissəsini məhz ərzağa xərcləməsində göstərir. Yəni əhali daha çox ərzağa pul xəcləyir. Tələb aşağıdır, təklif isə artırsa, bu, qiymətlərin enməsinə səbəb olmaldır. Faktiki hazırda ölkədə ətin qiymətinin bahalaşması üçün iqtisadi əsas yoxdur. Son 3 aydakı qiymətləri analiz etsək, görərik ki, dana ətinin qiyməti 14-16 manat arası dəyişib. Amma ətin qiyməti ilə bağlı bazarda süni ajiotaj yaradılır, payızda ətin qiymətinin 20 manatadək yüksələcəyi deyilir. Əslində isə bunun üçün heç bir iqtisadi əsas yoxdur.
İqtisadçı yem probleminə də toxundu:
- Bəli, yem problemi var. Lakin ətin maya dəyərində yemin çəkisi 70 faiz deyil. 60-65 faizdir. Ölkədə yem bazası çox zəifdir, dayanıqlı deyil. Bitkiçilik də çox zəifdir. Normal ölkələrdə yem hər baş heyvanın rasion normasına görə istehsal olunur. Ət istehsalı üçün daha çox qüvvəli yem istehsal olunur. Qüvvəli yem də əsasən taxıl məhsullarından alınır. Yəni dənli bitkilərdən alınır. Südlük heyvanlar üçün üçün daha çox şirəli yem (senaj, yenilik çuğundur) istehsalına önəm verilir. Amma bizdə denaj, çuğundur istehsalı çox zəifdir. Ölkədə becərilən taxılın yalnız az bir hissəsindən ərzaq buğdası kimi istifadə edilir, qalan hissəsi heyvandarlıqda yem kimi istifadə olunur. Ümumiyyətlə ölkədə yenilik taxıl istehsalı da azdır. Dediyim kimi yem bazası çox zəifdir, istehsal dayanıqlı deyil. Yem bazasını möhkəmləndirmək üçün dənli bitkilərin istehsalını artıra bilərik. Problem təkcə ətlə bağlı deyil. Heyvandarlığın inkişafı həm də süd, yumurta istehsalı deməkdir. Bizdə bunlar da tələbatı ödəyəcək səviyyədə deyil. Hamı ədən danışır, südə, yumurtaya diqqət yetirən yoxdur. Qonşu ölkələrlə müqayisədə bizdə süd də çox bahadır, yumurta da. Adambaşına 405 litr süd istehsal etməliyik, amma 200 litr istehsal edirik. Adambaşına ət istehsalı 78 kiloqram olmalıdır, bizdə 35 kiloqramdır. Adambaşı yumurta istehsalı 290 ədəd olmalıdır, amma 190 ədəddir. Mən sadaladığım rəqəmlər ÜST-ın müəyyən etdiyi adambaşına illik ət, süd, yumurta normalardır, lakin təəssüf ki, Azərbaycan hələ də adambaşına illik ərzaq normasını qəbul etməyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya
Əl-Nəhyan və Tramp İranı müzakirə etdi
11:26 03.09.2026
Dünya
Luka Modriç "Real Madrid"ə qayıtmaq istəyir
10:54 03.09.2026
Futbol