Fuad Abbasov: Ermənistanın Qafqazda monoetnik bölgə yaratması süni fəaliyyətdir
13:56 30.11.2023
Aktual
542
Ermənistan azərbaycanlıların Ermənistan Respublikasında təhlükəsiz yaşaması üçün təminat verə bilər. Digər sual isə bunun ölkənin təhlükəsizliyinə necə təsir edə biləcəyidir".
"Novosti Armeniya"ya xəbər verir ki, bunu mətbuat konfransında beynəlxalq hüquq eksperti Siranuş Saakyan vaxtilə Ermənistanda yaşamış azərbaycanlıların geri qaytarılmasının mümkünlüyü ilə bağlı Azərbaycanda gedən müzakirələrlə bağlı sualı cavablandırarkən deyib.
O deyib ki, guya Ermənistanda nifrət siyasəti yoxdur və ermənilər əcnəbilərə, o cümlədən Azərbaycandan olanlara tolerant yanaşır:
"Ermənistanda azərbaycanlıların həyatı təhlükə altında deyil. Amma bu məsələni müzakirə edərkən, ermənilərin Azərbaycanda, ilk növbədə, öz tarixi vətənləri ərazisində təhlükəsizliyi məsələsini xatırlamaq lazımdır. Əgər Azərbaycan hakimiyyəti bunu etmədisə, o zaman Ermənistan hansı prinsip əsasında sərhədlərini azərbaycanlıların üzünə açmağa başlayacaq? Həm də bunun ciddi nəticələri ola bilər. Xüsusən də sərhədlərimizlə bağlı iddialar var”, - deyə erməni ekspert bildirib.
O qeyd edib ki, Ermənistan hakimiyyətinin bu cür yanaşmanın risklərini hesabladığına şübhə edir.
Saakyan xatırladıb ki, azərbaycanlıların kütləvi şəkildə gəlişi demoqrafik nəticələrə gətirib çıxara bilər:
"Biz öz vətənimizdə azlıqda qala bilərik. Azərbaycanlılar siyasi təsirlər də göstərə bilərlər. Hakimiyyət bunları nəzə almalı, dövlətçilik üçün riskləri aradan qaldırmalıdır".
Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtması onların ən təbii haqqıdır:
“Oradakı toponimlər, abidələr, qəbirstanlıqlar, məscidlər bunun əyani sübutudur. Bu səbəbdən azərbaycanlıların ora qayıtması erməni spikerin söylədiklərindən aslı olmadan Ermənistan iktidarının aldığı siyasi qərarlar nəticəsində olmalıdır. Digər tərəfdən Ermənistan ictimaiyyətinə nəzər yetirdikdə orada monoetnik bir dövlət olduğunu, çox az yezidi kürdlərinin və rusların, həmçinin az sayda yunan və yəhüdi kimi millətlərin yaşadığının şahidi oluruq. Onun xaricində orada heç kim yaşamır. Ermənistanda digər millətlərin nümayəndələrin toplamı 1-2 faizi keçmir. Ermənistan 98 faiz ermənilərlə məskunlaşmış bir dövlətdir”.
F.Abbasov Cənubi Qafqaz bölgəsində bir kəndin əhalisi bir millətdən digər kəndin əhalisi başqa millətdən ola bilər tendesiyasının olduğunu vurğulayıb:
“Nəticə etibarı ilə Ermənistanın Qafqazda monoetnik bölgə yaratması süni fəaliyyətdir. Bu fəaliyyətində səbəbkarı Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmədir. Bundan sonra azərbaycanlıların oraya təhlükəsiz qayıtması və bu mövzuda erməni spikerin əmin danışması şübhəli görsənir. Həm həmin ekspert, həm də Ermənistan ictimaiyyəti yaxşı bilir ki, azərbaycanlıların ora təhlükəsiz qayıtması qeyri-mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm