
Gələn il Rusiya və Ukraynanı daha bir sınaq gözləyir
08:34 29.11.2023
Aktual
597
Hər iki ölkədə prezident seçkisi keçirilməlidir “Putin rəqibləri üzərində qələbəyə əmindir, Zelenskinin isə mövqeyini qoruyub-qorumayacağı bəlli deyil”
Rusiya-Ukrayna müharibəsinin soyuq aylarda mövqe döyüşlərinə keçəcəyi ehtimalı yüksəkdir. Hər iki tərəf cəbhə bölgəsində mövqelərini gücləndirməyə çalışacaqlar. Çünki yeni hücumlar canlı qüvvənin daha böyük itkisi və hərbi texnikanın sıradan çıxması deməkdir. Qış aylarında mövqe döyüşləri davam etdikcə, tərəflər növbəti yay ayları üçün irəliləmək planlarını tərtib edəcəklər.
Politoloq Elxan Şahinoğlu düşünür ki, gələn il Rusiya və Ukraynanı daha bir sınaq gözləyir, hər iki ölkədə prezident seçkisi keçirilməlidir. Lakin ekspertin fikrincə, Rusiyada prezident seçkisində sürpriz gözlənilmir, Vladimir Putin rəqibləri üzərində qələbəyə əmindir:

"Ukraynada isə müharibə şəraitində seçkinin keçirilib-keçirilməyəcəyi, keçirilərsə, hazırkı dövlət başçısı Volodimir Zelenskinin mövqeyini qoruyub-qorumayacağı bəlli deyil. Buna baxmayaraq, prezident seçkilərinin müharibənin gedişatına çox da təsir edəcəyi proqnozlaşdırılmır.
Bu arada, “The Washington Post” qəzetində yayımlanan məqalədə maraqlı iddia ortaya atılıb. Qəzet məlumatlı mənbələrə istinadən Rusiya və Çinin birlikdə Krım yarımadasında dənizaltı tunelin tikintisinə başlamaq barədə razılıq əldə etdiklərini yazıb. Ukraynanın kəşfiyyat strukturları Çinin dəmiryolu inşaat şirkətinin məktublarını ələ keçirməklə tunel tikintisi barədə məlumat əldə ediblər. Məlumata görə, Çin şirkəti dənizaltı tunel tikintisi üçün Rusiyadan sifariş alıb. Rusiya bu tunelin tikintisi üçün Çin şirkətinə 5 milyard dollar ödəyəcək. Maraqlıdır ki, Rusiya bu maliyyəni elə Çin banklarından birindən kredit götürməklə Çinin tikinti şirkətinə ödəyəcək. Bunun qarşılığında Çin həmin tuneldən istifadəyə görə gediş haqqı toplayacaq".
E.Şahinoğlu diqqətə çatdırıb ki, Rusiya və Çin arasında tunelin tikintisi ilə bağlı ilkin razılıq olsa da, bunun reallaşması indiki şərtlər altında mümkün deyil: "Çünki Ukrayna ordusu Krım körpüsünü və körpünün ətrafını tez-tez raket atəşinə atəşə tutur, dron hücumları həyata keçirir. Raket atəşləri altında dənizin altı ilə tunelin tikintisi mümkün deyil. Tunelin tikintisi üçün ya müharibə bitməlidir, ya da Ukraynanın körpünü dron və raket atəşinə tutması ehtimalı ortadan qaldırılmalıdır. Rusiya hələ ki, bunu bacarmır. Çin şirkəti gözləmə mövqeyindədir. Bu arada, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Çinə səfər edərək, bu ölkənin lideri Tsi Cinpinlə görüşüb. Volodin görüşdən sonra deyib ki, Pekin Moskva ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. Rusiya 2014-cü ildən BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatına sədrlik edəcək. Cinpin bildirib ki, ölkəsi Rusiyanın sədrliyi müddətindəki fəaliyyətini dəstəkləyəcək. Cinpin hesab edir ki, iki ölkə arasındakı münasibətlər beynəlxalq aləmin mürəkkəb sınaqlarından keçib. Çin lideri yəqin onu nəzərdə tutub ki, ABŞ və müttəfiqləri Çin-Rusiya ittifaqını zəiflədə bilməyiblər. Rusiyanın müharibə apardığı bölgədə dənizaltı tunelin tikintisini Çinə tapşırması iki ölkə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən xəbər verir. Ancaq orası da var ki, Çin nə zamansa tunelin tikintisinə başlayarsa, Krımın ilhaqına dəstək vermiş olacaq. Pekin Ukraynanın ərazi bütövlüyü əleyhinə bu addımı atarsa, Tayvan məsələsində mövqeyi zəifləyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm