
Gərginlik artır, təxribatlar qaçılmazdır: "Dəmir yumruq" işə düşəcək? - RƏY
03:57 22.08.2023
Aktual
441
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan başqa, Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Tərtər, Ağdam, Füzuli və Şuşa istiqamətlərində yerləşən mövqelərimiz qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Ermənistan vasitəsi ilə Azərbaycana güclü təzyiq göstərilir ki, məskunlaşma həyata keçirilməsin. Həmçinin, tərəflər arasında gərginlik, qarşıdurma artsın, toqquşmalar yaşansın və qan tökülsün. Məqsəd güclü təxribatlara nail olmaqdır:

"Rusiyadan qəti şəkildə tələb etməliyik ki, sülhməramlı kontingent üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Qeyri-qanuni silahlı quldur dəstələri nə qədər torpaqlarımızda qalmağa davam edəcəksə, həm hərbçilərimiz, həm də mülki şəxslər üçün real təhlükə olaraq qalacaq. Bir müddət sonra Ermənistan tərəfi şərti sərhədlərə cəmlədiyi artilleriya ilə mülki sakinlərimizə atəş açacaq. Bu qədər silah-sursatın daşınması, təxribatların artması mütləq mənada qarşıdurmaya gətirib çıxaracaq. Ola bilsin, əsgərimizi, yaxud mülki vətəndaşımızı yaraladılar".
Hərbi ekspertin sözlərinə görə, təxribatlara zəmin hazırlayan və erməniləri təhrik edən Rusiya sülhməramlı qüvvələridir: "Ermənistan Rusiyanın və Fransanın əlində maşadır. Ona görə də təxribatlar qaçılmazdır. Azərbaycan məcbur qalıb güc amilinə müraciət edəcək. Əgər Rusiya sülhməramlıları öhdəliklərinə əməl etsəydi, indiki problemlərlə üzləşməzdik. Moskvanın bölgədə qalmaqla bağlı çox ciddi planları var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya
Əl-Nəhyan və Tramp İranı müzakirə etdi
11:26 03.09.2026
Dünya
Luka Modriç "Real Madrid"ə qayıtmaq istəyir
10:54 03.09.2026
Futbol