"Heç bir panikaya, ajiotaja düşmək lazım deyil" - Millət vəkili
13:43 23.03.2020
Aktual
729
Prezident İlham Əliyev Koronavirus pandemiyasından irəli gələn kəskin dalğalanmaların ölkəmizin iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə mənfi təsirinin azaldılması ilə bağlı Sərəncam imzalayıb.
Azərbaycan dövləti koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, əhalinin sosial rifahına mənfi təsirlərinin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Dövlətimiz ölkənin və əhalinin zərər çəkməməsi üçün bütün resursları səfərbər edir. 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılıb.
Qarşıda duran əsas vəzifələrdən biri də iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırmaq, əhalinin sosial rifahını qorumaq, iqtisadi inkişafın davamlılığını təmin etməkdir.
Ölkə başçısının Sərəncamını yüksək qiymətləndirdiyini deyən iqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyev “Sherg.az”a açıqlamasında bildirib ki, hazırda bütün dünya bu pandemiyadan hərtərəfli əziyyət çəkir.
Deputatın sözlərinə görə, koronavirus dünya iqtisadiyyatına böyük zərər vurur:
“Hətta bu gün dünya iqtisadiyyatında böyük sektorlar çöküb. Bunlar turizm, aviaşirkətlər, qismən də olsa restoran və kafelərdir. Xüsusilə karantin elan olunan ölkələrdə fövqaladə vəziyyət var. Hətta aparıcı Avropa səhiyyəsi bu pandemiyanın qabağını almağı bacarmır.
Azərbaycan qloballaşan, dünyaya inteqrasiya edən bir ölkədir. Təbii ki, bu pandemiya nəticəsində iqtisadiyyatımıza zərər dəyməyə başladı. Dövlət başçısı hər dəqiqəsini Azərbaycanın bu fəlakətdən ən az itkilərlə çıxması üçün sərf edir. Bunun üçün cənab Prezident əlindən gələni göstərir. Hər bir Azərbaycan vətəndaşı bunu başa düşür”.
Parlamentari qeyd edib ki, vətəndaşlarımız bir yerdə olmalı və çalışmalıdır ki, dövlət başçısının və Operativ Qərargahın bütün əmrlərini, tövsiyələrini həyata keçirsin:
“Cənab Prezident Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayırıb. Dövlət çalışacaq ki, iqtisadi və sahibkarlıq sektoru ən az itkilərlə problemdən qurtulsun. Bu gün ən böyük problem iqtisadi və sahibkarlıq-biznes sektorunda insanların məzuniyyətə çıxarılmasıdır. Amma sahibkarlar başa düşməlidir ki, dövlət orqanı, o cümlədən Əmək və sosial müdafiə fondu ilə sıx əlaqə saxlamaq lazımdır. Dövlət iqtisadi gücündən istifadə edib köməklik göstərəcək. Təbii ki, əhali bir neçə vaxt ərzində müəyyən qədər maaşlarını almalıdır. Əlbəttə burada sahibkarların qazancından söhbət gedə bilməz. Sahibkarlar da buna hazırdırlar. Bildiyimə görə onlar öz aralarında internet vasitəsilə görüşlər keçirir və danışıqlar aparırlar ki, minimum itki ilə məsələlər həll olunsun. Heç bir panikaya, ajiotaja düşmək lazım deyil. Dövlətimiz işini yaxşı bilir və situativ formada lazım olan addımlar atılacaq. Bu addımların nəticəsi ondan ibarətdir ki, cəmiyyətimiz minimum itki ilə problemdən çıxsın. Yaxın zamanda bu məsələlər həll olunacaq. Hər birimiz buna inanırıq. Dövlətimiz isə üzərinə düşəni edəcək”.
R.Quliyev bildirib ki, cənab Prezidentin göstərişi ilə koronavirusla bağlı xüsusi proqram hazırlanır.:
“Həmin proqram proqmativ formada hazırlanacaq və bu yaxınlarda qəbul olunacaq. Bu proqramla həm iqtisadiyyatımızı, həm də sosial məsələləri xilas edə biləcəyik. Çalışmalıyıq ki, mənəvi cəhətdən bir yerdə olaq. Dövlətimizə, hakimiyyətə kömək olaq ki, ən az itkilərlə problem həll edilsin”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm