"Heç kim fikirləşməsin ki, korrpusiya qarşı mübarizə tədbirləri müəyyən vaxtdan sonra bitəcək" - Millət vəkili
Şəymən Bayramova
09:45 15.05.2020
Aktual
1060
Dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları intensiv şəkildə davam etdirilir. Ötən il bu sahədə geniş vüsət almış islahatlar müsbət nəticələrlə ifadə olunub və bu il də proses pozitiv tendensiya ilə müşaiyət olunur.
Təbii ki, islahatların əsas məqsədlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Prezident İlham Əliyev demək olar ki, bütün müşavirələrdə işində nöqsanlara yol verənlərin cəzalanacağını təkrar- təkrar vurğulayıb, bütün məmurların məhz bu prinsiplə işləməli olduğuna dair xəbərdarlıq edir.
Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) bir sıra icra hakimiyyətlərində, Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində əməliyyat keçirməsi də bu prosesin əyani nəticəsidir.
Millət vəkili Azər Badamov Sherg.az-a açıqlamasında ölkədə həyata keçirilən kadr islahatlarının öz effektiv nəticələrini göstərdiyini deyib.
Deputat hesab edir ki, dövlət strukturlarında yeni təfəkkürə malik, müasir biliklərə yiyələnmiş və korrupsiyaya bulaşmamış gənc kadrlarla təmsil olunması iş proseslərinin müasir dövrün çağırışlarına uyğun qurulmasına imkan verir:
"Yəni, daha çevik və innovasiyalar üzərində müasir iqtisadiyyat və idarəetmə sistemi formalaşmaqdadır. Cənab prezidentin son kadr təyinatlarının tərkibinə diqqət yetirsək əsasən gənclərə üstünlük verildiyini görürük . Keçən ildə gömrük və vergi sistemindən dövlət büdcəsinə 1 milyard manatdan çox vəsaitin daxil olunması da bu kadr islahatların müsbət nəticəsi kimi qeyd etmək olar. Təbii ki, yeni kadr təyinatı olan sahələrdə korrupsiyanın azaldığını və şəffaflığın təmin olunması istiqamətində proseslərini izləyirik. Heç bir ölkə korrupsiyadan sığortalanmayıb. Hətta dünyanın ən inkişaf etmiş qabaqcıl iqtisadiyyatları olan ölkələrin iqtisadiyyatlarına diqqət yetirsək, o ölkələrdə də müəyyən qədər korrupsiyanın olduğunu görərik. Amma korupsiya göstəricisinin hansı səviyyədə mövcudluğu burda əsas rol oynayır. Korrupsiya azaldıqca insanların hüquq və azadlıqları daha yaxşı təmin olunmuş olur. Ölkə iqtisadiyyatı daha çox möhkəmlənir və ölkədə inkişaf prosesi daha da sürətlənir".
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin intensivləşdiyini vurğulayan millət vəkili deyib ki, bu, cəmiyyətimiz tərəfindən alqışlanır:
"Ölkə başçımız illər öncə korrupsiyaya bulaşmış məmurlara öz işlərində düzəlişlərin edilməsi istiqamətində tapşırıqlarını vermişdi və qeyd etmişdi ki, korrupsisyaya bulaşmış məmur bizimlə yol yolçusu ola bilməz. Dövlətin və kasıbın malına göz dikən məmurlara bildirilmişdi ki, əgər fəaliyyətlərində düzəlişlər edə bilmirlərsə, nə qədər gec deyil vaxtında ərizəsini yazıb vəzifəsindən uzaqlaşsın. Görünür onlar deyilənlərdən nəticə çıxarmır və düşünürlər ki, onların əməlləri görünmür. Bu əsla belə deyil. Bu gün hər bir məmurun fəaliyyəti haqqında dövlətdə kifayet qədər məlumatlar var və son vaxtlar keçirilən korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin genişlənməsi dövlətin hər bir sahəsindəki fəaliyyəti nəzarətdə olduğunu göstərir. Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri kompaniya xarakterli deyil. Müvafiq qurumların rəhbərliyində edilmiş dəyişikliklər və həmin qurumların daha peşəkar kadrlarla təminatı bu mübarizə tədbirlərinin daha genişlənməsinə imkan vermişdir. Heç kim fikirləşməsin ki, ölkədə aparılan korrpusiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri müəyyən vaxtdan sonra bitəcəkdir. Bu heç də belə deyil. Ölkə başçısı müvafiq qurumların qarşısında qoyduğu bir nömrəli vəzifə bu mübarizə tədbirlərinin arealının genişləndirilməsidir. Yəni ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə, şəfaff iqtisadiyyatının qurulması istiqamətində tədbirlər davamlı şəkildə həmişə aparılacaqdır. Bu şəffaf iqtisadiyyatının qurulacağına qədər davam etdiriləcəkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol