"Hələlik bacara biləcəyimiz iş yalnız izolyasiya olunmaqdır" - Holdinq rəhbəri
09:44 21.03.2020
Aktual
689
"Dünya böyük bir təhlükə ilə üz- üzədir. Avropa ölkələrindən gələn xəbərlər qorxuncdur. Dünən İtaliyada 600-dən artıq adam ölüb. İnfeksiyaya yoluxanların sayı hər gün artır".
Bu sözləri "Sherg.az"a koronavirusla bağlı yaranan problemlər və infeksiyaya qarşı aparılan mübarizə tədbirlərini dəyərləndirən "Teleqraf" Holdinqin rəhbəri Aynur Camalqızı deyib.
Bütün dünya, dünyanın ən inkişaf etmiş ölkələrinin koronavirus əleyhinə vaksin tapılması üçün çalışdığını vurğulayan A. Camalqızı deyib ki, hamı vahimə içində gözləyir:
"Hələlik bacara biləcəyimiz yalnız və yalnız odur ki, mümkün olduğu qədər izolyasiya olunaq, özümüzü ətraf aləmdən təcrid edək. Özümüzü, doğmalarımızı və hamını qoruyaq. Bunun yeganə yolu evdə qalmaqdır. Gigiyena qaydalarına əməl etməkdir. Yalnız bu yolla virusun yayılmasının qarşısını ala bilərik. Xəstəliyə yoluxanların sayı çoxalarsa, kütləviləşərsə, heç bir ölkənin səhiyyəsi bunu qaldirmaq, öhdəsindən gəlmək gücündə deyil. Xəstəxanaların tutumu bəllidir. O səbəbdən də bu pandemik virusla baglı məsələlərə, tövsiyyələrə qeyri-ciddi yanaşmaq olmaz. Bununla təkcə özümüzün yox, bütün ətrafımızın həyatını təhlükəyə atmış olarıq".
Holdinq rəhbəri tövsiyyə edir ki, lazım olmadıqca evdən çıxmayın: "Bu qədər xəbərdarlıqlara rəğmən, hələ də sosial şəbəkələrdə nişanlı qızlara xonça, bayramlıq aparanların, ad günü məclisləri quranların, banklarda dollar üçün növbəyə düzülənlərin, marketlərdə tualet kağızına hücum çəkənlərin fotoşəkillərini görürük. İnsanlar həqiqətənmi necə dəhşətli bir bəla ilə üz- üzə qalmağımızın fərqində deyil. Bu təfəkkür sahiblərinin etdikləri anlaşılmazdır. Və təəssüf ki, yalnız bizdə belə deyil. Hər ölkədə belə məsuliyyətsiz insanlar var. Vəziyyətin nə dərəcədə fövqəladə olduğu hələ də onlara aydın deyil".
Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanda dövlət səviyyəsində atılan addımları, görülən işləri yüksək qiymətləndirən Aynur xanım deyib ki, Çində koronavirus meydana gələn kimi Azərbaycan önləyici addımlar atan ilk dövlətlərdən biri oldu: " Çindən gələn məhsulların idxalı məhdudlaşdırıldı, sonrakı dövrdə ümumiyyətlə dayandırıldı.
Yanvarın 24-də Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı və dövlət qurumlarının fəaliyyəti əlaqələndirildi.
Koronavirus qonşu İranda yayılmağa başlayanda önləyici tədbirlər gücləndirildi: İranla sərhəd bağlandı, bu ölkədən geri qayıdan vətəndaşlarımız cənub bölgəsində yaradılan karantin zonasında saxlanıldı.
Dövlətin fəaliyyəti Ümumdünya Səhiyyə Təşkilatı ilə koordinasiya edildi və ÜST-ün tövsiyələrinə ciddi əməl olundu. Təsadüfi deyil ki, ÜST Azərbaycanın dünyada koronavirusla ən effektiv mübarizə aparan ölkələrdən olduğunu bəyan edib.
Ölkəyə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər və tibbi ləvazimatlar gətirildi: ən müasir 10 laboratoriya alınıb, respublikanın müxtəlif bölgələrində yerləşən on xəstəxana xüsusi rejimdə işləyir.
Virusun yayılmasının qarşısını almaq məqsədilə martın 2-də təhsil müəssisələrində tədris prosesi müvəqqəti təxirə salındı.
Martın əvvəlində koronavirusla mübarizəyə 10 milyon vəsait ayrıldı.
Martın 14-dən etibarən ölkədə bəzi izolyasiya qaydalarının tətbiqinə başlanıldı: rəsmi və qeyri-rəsmi olmaqla bütün kütləvi tədbirlər, toy mərasimlərindən tutmuş digər əyləncə xarakterli tədbirlər ləğv olundu, aptek və ərzaq mağazaları istisna olmaqla bütün iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırıldı.
Martın 15-dən 19-na kimi müxtəlif dövlət qurumlarının onlayn rejimdə işə keçməsi həyata keçirildi.
Martın 19-u saat 00:00-dan etibarən Bakı, Sumqayıt və Abşeronda izolyasiya tədbirləri gücləndirildi, ölkənin müxtəlif bölgələrindən bu əraziyə gələn avtomobillərin girişinə məhdudiyyətlər qoyuldu.
Martın 19-da Prezident İlham Əliyevin fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı, Prezidentin ehtiyat fondundan 20 milyon əlavə vəsait ayrıldı. Bütün bunlar zəruri və təqdirəlayiq haldır".
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm