Hər il dünyada ərzaq məhsullarının 17 faizi məhv edilir
11:20 07.03.2021
Aktual
495
Dünyada satılan ərzaq məhsullarının 17 faizi istifadəyə yararlı olduğu halda tullantıya çevrilir.
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) 2019-cu ilin göstəriciləri əsasında bu barədə hesabat hazırlayıb. Hesabatda qeyd edilir ki, 2019-cu ildə 931 milyon tondan artıq istifadəyə yararlı ərzaq məhsulu fərdi mənzillər, restoranlar, dükan və digər qida istehsalçıları tərəfindən tullantı konteynerlərinə atılıb. Bu isə il ərzində dünya əhalisi arasında adambaşına 121 kiloqram ərzaq tullantısı deməkdir və həmin tullantının 74 kiloqramı məişət şəraitində yaranır.
Hesabatda qeyd edilib ki, kasib və ya yoxsul ölkə olmasından asılı olmayaraq, bütün ölkələrdə ərzaq israfçılığı baş verir və pərakəndə satış şəbəkələrindən alınan və istifadəyə yararlı ərzaq məhsullarının bir hissəsi məhv edilir.
Eyni zamanda vurğulanıb ki, 2019-cu ildə dünya əhalisinin 700 milyon nəfəri yetərincə ərzaqla təmin edilə bilməyib. UNEP-in rəhbəri İnqer Andersen bildirib ki, ərzaq məhsullarının tullantıya çevrilməsinin qarşısının alınması dünyada havaya buraxılan zərərli qazların həcmini məhdudlaşdıra, torpaq fondundan istifadəni azalda və bu yolla da təbiətin qorunmasını təmin edə bilər. (azərtac) Eyni zamanda ərzaq məhsullarının əlçatan olması, aclığ səviyyəsinin aşağı salınması və resurslara qənaət üçün imkanlar açıla bilər. İ. Andersen hökumət, şirkət və insanları bu məsələyə həssas yanaşmağa və səylərini artırmağa çağırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq
İran da ABŞ-yə Hörmüz boğazında sərt cavab verdi
10:19 09.09.2026
Dünya
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
10:19 09.09.2026
Mədəniyyət
Paşinyan: Moskvaya gedib-qayıdım, son yolumuz bəlli olacaq
10:10 09.09.2026
Dünya
Tramp: İrana çox sərt dərs verdik
10:06 09.09.2026
Gündəm