Hər kəs qanuna tabe olmalıdı: Məmurlar və vəzifə sahibləri daha çox məsuliyyət daşıyırlar
Fidan Həmişəyeva
09:59 23.08.2020
Aktual
635
Bir neçə gündür ki, sosial şəbəkələrdə və KİV-lərdə akademik Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi davamlı müzakirə olunur. Karantin rejiminin tətbiqi ilə əlaqədar ölkəmizdə kütləvi toplaşma, toy və nişan mərasimləri qadağandır.
Buna baxmayaraq vətəndaşları daim məsuliyyətli olmağa səsləyən bəzi vəzifəli şəxslər və məmurlar da sözügedən toyda iştirak ediblər. Yayılan video və fotolardan bəlli olur ki, mərasimdə olan qonaqlar sosial məsafəni gözləməyiblər.
İqtisad elmləri doktoru, professor, millət vəkili Rüfət Quliyev “Sherg.az”a açıqlamasında baş verənlərdən çox təəssüfləndiyini deyib.
Parlament üzvü qeyd edib ki, ölkəmizdə karantinlə bağlı təbiq edilən qaydaları pozmaq düzgün deyil:
“Bir ziyalı, millət vəkili və ya hansısa statuslu tanınmış şəxs addım atarkən düşünməlidir ki, sonda nə ola bilər? Qanun pozuntusu öz yerində, axı mərasimdə iştirak edən insanlar koronavirusa yoluxa bilərdi. Məclisdəki qonaqlar arasında sosial məsafə olmayıb. Ən azından bu məsafəni gözləmək lazım idi. Virusa yoluxan adamların məsuliyyətini kim daşıyacaq? Keçirilən toy mərasimi virusa yoluxmaq üçün bir mənbə idi. Hesab edirəm ki, belə addımlar atmazdan öncə yüz ölçüb, bir biçmək lazımdır. Gərək belə hal baş verməyəydi. Bəli, toy mərasimi vacibdir, iki gəncin xoşbəxt günüdür. Amma təəsüf ki, toy bu formada keçirildi. Həm qanun, həm karantin qaydaları pozuldu”.
Millət vəkili vurğulayıb ki, hər kəs hansısa tədbir keçirəndə, kimisə mərasimə dəvət edəndə məsuliyyətini anlamalıdır:
“Toyda iştirak edənlər adi insanlar deyildilər Hər biri ziyalılar idi. Onlar başa düşməliydilər ki, sosial məsafəni qorumaq lazımdır. Heç olmasa bunu anlamaq lazım idi. Bir milət vəkili və alim kimi təəssüflənirəm ki, hadisələr bu fonda baş verdi. Dövlətin qanunlarını pozmaq düzgün deyil”.
Parlamentarinin sözlərinə görə, istənilən nüfuzlu və müəyyən statuslu şəxslər- dövlət məmuları, ziyalılar xalqa örnək olmalıdır:
“Çünki hər kəs məmurlara baxıb öz addımlarını atır. Əsas məsələ odur ki, hər birimiz qanuna tabe olmalıyıq. Fikrimcə, məmurlar və vəzifə sahibləri daha çox məsuliyyət daşıyırlar. Tanınmış sima olduqları üçün hər kəs onların hərəkətlərinə fikir verir. Hamı qanun qarşısında eynidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı
00:18 30.06.2026
Cənubi Qafqaz
Livan prezidenti: "Ordumuz İsraillə sərhəddə yerləşdiriləcək"
23:59 29.06.2026
Dünya
DÇ-26: Braziliya 1/8 finala çıxıb
23:21 29.06.2026
Futbol
Məmməd İsmayılın doğma kəndində bürüncdən büstü ucaldılıb
22:45 29.06.2026
Ədəbiyyat
Kadir İnanırın vəsiyyəti açıqlandı
22:19 29.06.2026
Şou
Yapon yeni dollara qarşı son 40 ildə ən aşağı səviyyəyə enib
22:04 29.06.2026
İqtisadiyyat
“Mançester Siti”nin yeni baş məşqçisi bəlli oldu
21:34 29.06.2026
Futbol
Katz: İsrail sabah İranla müharibəyə başlaya bilər
21:17 29.06.2026
Dünya
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol