Kocaeli vilayətində güclü leysan nəticəsində bəzi çaylar məcrasından çıxıb, ev və iş yerlərini su basıb, nəqliyyatın hərəkətində fasilələr yaranıb.
Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, vilayət ərazisində yağan güclü yağışlar, xüsusilə Başiskele rayonunda həyata mənfi təsir göstərib.
Çayların daşması nəticəsində rayonun sahilyanı ərazilərində, eləcə də Yeşilyurt və Seymen məhəllələrindəki bəzi ev və iş yerlərini su basıb. Küçə və prospektlərdə su yığıntıları əmələ gəlib.
D-130 avtomobil yolunda toplanan sular sürücülərin hərəkətini çətinləşdirib.
Güclü leysan Gebze və Dilovası rayonlarında da fəsadlara səbəb olub. Həmin ərazilərdə bəzi küçə və prospektlərdə su yığıntıları yaranıb.