Sherg.az xəbər verir ki, mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı jurnalist Samir Feyruzovun statusuna cavab verib. Baş redaktor bildirib ki, Samir Feyruzov böyük mütəfəkkir, anadilli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anım günündə status paylaşıb. Cox təəssüf ki, Həsən bəyin fəaliyyətini düzgün qiymətləndirməyi bacarmayaraq, bu böyük düşüncə insanının ruhunu təhqir edib:
"Həsən bəy istəsəydi Qafqazın milyonçularından biri olardı, istəmədi" - Akif Aşırlı
12:25 28.11.2023
Aktual
592
"O, ömrünu də İçərişəhərdəki evində quru bir divanın üstündə başa vurub"
Araşdırmaçı-jurnalist Samir Feyruzov Feysbuk profilində Həsən bəy Zərdabi haqqında bir məlumatı paylaşıb. Jurnalist qeyd edib ki, Həsən bəy Zərdabi qızı Pəri xanımı Tiflisə aparıb və Pəri xanım Rus Gimnaziyasında təhsil almağa başlayıb. S.Feyruzov vurğulayıb ki, bir müddət sonra o, Əlimərdan bəylə (AXC-nin yaradıcılarından olan Əlimərdan bəy Topçubaşov) tanış olub: "Bir-birilərini sevirlər, sonda evlənmək qərarına gəlirlər. Bunu eşidən Həsən bəy Tiflisə yola düşür, Əlimərdan bəylə tanış olur. Əlimərdan bəyin geniş zəkası, istedadı onda müsbət təəssürat yaradır. Amma gözlənilməz bir hadisə baş verir, Həsən bəy Əlimərdan bəydən 10 min “başlıq pulu” istəyir. Əlimərdan bəy təəccüb içində qalır. Həsən bəy dediyindən dönmür və məsələ bir az da şişir. Sonda Pəri xanım atasına sərt şəkildə qızların əşya kimi pulla satılmasının yaxşı hal olmadığını və onun maarifçilik fəaliyyətinə yaraşmadığını bildirir. Evlənirlər. Pər xanım anası Hənifə xanıma ünvanladığı məktubda bu haqda geniş söhbət açır. Halbuki, Həsən bəy “başlıq pulu”nin zərərli adət olduğunu yazır və bunun ziyanlı tərəflərini ictimaiyyət arasında qətiyyətlə təbliğ edirdi. Nə bilim, vallah...".
Jurnalist əlavə edib ki, Pəri xanım ömrünün sonuna qədər Ə.Topçubaşovun ən yaxın silahdaşı, əsas arxa-dayağı olur, onun mütərrəqi ideyalarının ən sadiq dostuna çevrilir: "Milli Mətbuatımızın banisi bir az da dirəşsəydi, bu evliliyə mane olacaqdı və Azərbaycan xalqı bəlkə də Topçubaşov kimi nəhəng tarixi şəxsiyyətin yetişməsindən məhrum olacaqdı. Allah rəhmət eləsin!".
Sherg.az xəbər verir ki, mətbuat tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı jurnalist Samir Feyruzovun statusuna cavab verib. Baş redaktor bildirib ki, Samir Feyruzov böyük mütəfəkkir, anadilli mətbuatımızın banisi Həsən bəy Zərdabinin anım günündə status paylaşıb. Cox təəssüf ki, Həsən bəyin fəaliyyətini düzgün qiymətləndirməyi bacarmayaraq, bu böyük düşüncə insanının ruhunu təhqir edib:"Azərbaycanda "reket jurnalistikasının banisi " adlandırıb. Guya fikrini də onunla əsaslandırıb ki , Həsən bəy qızı Pəri xanımın nişanlısı, gələçək kürəkəni Əlimərdan bəy Topçubaşovdan 10 min rubl başlıq istəyib. Bəli, belə bir fakt var, amma açıqlaması da bəllidir. Həsən bəyin bu tələbi mental, cürük dəyərlərə görə deyil, ailə qurmaq həvəsindəki gənclərin müstəqil, hec kəsdən iqtisadi asılı olmadan ailəsini yaşatmağa qadir olub- olmamasını yoxlamaq istəyib. Əlimərdan bəyin həmin vaxt ailəsini iqtisadi cəhətdən təmin etmək imkanları yox idi. Həsən bəy də buna görə toyun belə tez olmasına qarşı cıxıb. Qurulan ailənin məişət qayğıları ilə yaşamasını qəbul etməyib. Bu alilə daxili faktın "reket jurnalistikası" ilə nə əlaqəsi var?
Həsən bəy Zərdabi bəy oğlu idi, Göycay ərazilərində iri torpaq mülkiyyətçilərindən biri olub. Amma bütün varını , imkanlarını xalqının maariflənməsinə, tərəqqisinə, inkişafına yönəldib. Ömrünu də İçərişəhərdəki evində quru bir divanın üstündə başa vurub. Dəfnində natiqlərdən biri deyirdi ki, "Həsən bəy bəy gəlib, bəy gə getdi". İstəsəydi nəinki Bakının, Qafqazın varlılarından, milyonçularından biri olardı, istəmədi. Bəy kimi bütün varını xalqının yolunda sərf elədi. Əlimərdan Topçubaşov da Həsən bəy haqqında ən dəyərli əsərini Parisdə yazıb, "Azərbaycanın mayakı ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm